Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda boşanmalarla bağlı şok - Statistika

Azərbaycanda son 10 ildə boşanmaların sayı 146 faiz artıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu statistik məlumatları hüquqşünas Ələsgər Məmmədli açıqlayıb

Ə.Məmmədli qeyd edib ki, 2018-ci ilin 10 ayı ərzində 50 882 evlənmə, 12 396 boşanma qeydə alınıb.

Son 10 il ərzində statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir. Belə ki, 2008-ci ildə ölkədə 79 964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib.

10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə sonlanıb. Qısacası, 10 ildə boşanma 146% artıb.

Müvafiq illərə görə boşanmanın evliliyə nisbətinin artımının sürətini aydın görmək mümkündür:

2008 - 9,92%
2009 - 9,97%
2010 - 11,44%
2011 - 12,19%
2012 - 14,02%
2013 - 14,23%
2014 - 13,50%
2015 - 18,55%
2016 - 19,64%
2017 - 23,06%
2018 - 24,36%

Evliliyin sayı 2007-ci ildə 81 738-dən, 2017-ci ildə 62 923-dək, yəni 23,01% geriləyib. Boşanma 2008-də 7933-dən, 2017-də 14 514-dək, yəni 83% yüksəlib.

Hüquqşünas əlavə edib ki, bunlar ciddi araşdırma mövzularıdır: “Sosioloqlar, psixoloqlar bunu çoxyönlü araşdırıb, səbəbləri sıralamalı, toplumu bilgiləndirməlidir. Məsələn, internet və sosial şəbəkə istifadəsi nisbətinin son 10 ildə artımı ilə boşanma nisbətinin artımı arasında bir əlaqə varmı, varsa nədir?”.(qafqazinfo)

pia.az


Etiket: Boşanmalar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar