Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda vəziyyət gərginləşir - yeni prezidentin başı dərddə...  

Şahin Cəfərli: “Gürcüstanda hakimiyyətdən narazılıq üçün səbəblər yetərincədir, amma...”

Noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turundan sonra yaranan gərginlik səngimək bilmir. Dekabrın 16-dan etibarən seçkilərin nəticələrini tanımayan sabiq prezident Mixail Saakaşvilinin qurucusu olduğu Vahid Milli Hərəkat Partiyası növbəti aksiyalara start verib.

Etirazlar yeni prezident Salome Zurabişvilinin andiçmə gününə təsadüf edib. “Report”un yerli bürosunun verdiyi xəbərə görə, aksiya iştirakçıları bir daha Salome Zurabişvilini Gürcüstan prezidenti kimi tanımadıqlarını bildiriblər. Aksiya iştirakçıları parlament binası qarşısında çadırlar qurublar.

Qeyd edək ki, bundan öncə VMHP-nin lideri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tərəfdarlarına müraciət edərək, onları Tiflisin Rustaveli prospektinə toplaşmağa çağırıb.

Ekspertlər Gürcüstanda seçkilərdən sonrakı durumun ürəkaçan olmadığını bildirirlər. Gərginliyin yüksələn xətlə inkişaf edəcəyi ehtimal edilir.

Politoloq Şahin Cəfərli qonşu ölkədə yeni mərhələnin başlandığını düşünür: “Gürcüstanda prezident seçkilərindən sonra yeni bir siyasi mərhələnin başlandığını söyləyə bilərik. Hazırda yaranmış gərginlik və Qriqol Vaşadzeni dəstəkləyən ”Güc birlikdədir" blokunun etiraz aksiyaları da məhz bu yeni mərhələ ilə əlaqədardır. Bunu birləşmiş müxalifətin irəli sürdüyü və digər müxaliflər tərəfindən dəstəklənən tələblərə nəzər saldıqda asanlıqla anlamaq olur. Onlar növbədənkənar parlament seçkilərinin keçirilməsini, seçki sisteminin və Seçki Administrasiyasının (MSK) dəyişməsini tələb edirlər. Yəni ötən prezident seçkiləri ilə bağlı hər hansı tələb yoxdur. Mən bunu çox düzgün taktika sayıram, çünki keçmişdə ilişib qalmaqla müxalifət heç nə əldə etməz, əksinə, itirər. Prezident artıq yeni qüvvəyə minən konstitusiya dəyişiklikləri nəticəsində tamamilə simvolik bir fiqura çevrilib, ölkədə tam parlament üsul-idarəsi bərqərar olub. Ona görə də əsas məsələ məhz parlament seçkilərində qalib gəlməkdir, hakimiyyət dəyişikliyi, sadəcə, bu yolla baş verə bilər. Bu səbəblə müxalifət indi bütün gücünü qarşıdakı parlament seçkiləri öncəsi əlverişli start vəziyyəti qazanmağa yönəldib. Növbədənkənar seçki tələbi böyük ehtimalla reallaşmayacaq, zatən seçkiyə az müddət - cəmi 2 il qalır, bu isə o deməkdir ki, 1,5 il sonra seçki kampaniyası başlayacaq. Belə olan halda, erkən seçki tələbi məntiqli görünmür.

Amma seçki sisteminin dəyişdirilməsi çox zəruri, hətta müxalifət üçün həyati məsələdir. Çünki hazırkı yarı majoritar, yarı proporsional sistem iqtidardakı qüvvə üçün sərfəlidir. Sirr deyil ki, birmandatlı dairələrdə hakimiyyət namizədləri qələbəyə daha yaxın olurlar, çünki inzibati resurslardan, dövlət gücündən gen-bol faydalanırlar. Hətta çox vaxt seçki günü saxtakarlığa ehtiyac qalmır, yerli iqtidar sahibləri seçiciləri pul, ərzaq yardımı və digər üsullarla ələ alıb, seçkinin taleyini seçkidən əvvəl həll edirlər. Ona görə də müxalifət tələb edir ki, qarşıdakı seçkilər tam proporsional sistem üzrə keçirilsin. Əslində konstitusiya dəyişikliyinə əsasən Gürcüstan məhz bu sistemə keçib, lakin bu dəyişiklik 2024-cü ildən qüvvəyə minəcək. Müxalifət istə bildirir ki, bu qədər gözləmək məntiqsizdir və yeni sistemi qarşıdakı seçkidən etibarən tətbiq etmək lazımdır. Yəni hazırda mübahisə, mübarizə məhz bu məsələ ilə bağlıdır. “Gürcü Arzusu” güzəştə getmək istəmir, çünki tam proporsional seçkidə təkbaşına qələbə şansının olmadığını bilir. Gürcüstanda hakimiyyətdən narazılıq üçün səbəblər yetərincədir, amma inqilab üçün əsas yoxdur".

Politoloq Gürcüstanda etirazçıların qurduğu çadırların simvolik xarakter daşıdığını da qeyd etdi: “Mən müxalifətin inqilab etmək kimi bir hədəfi qarşıya qoyduğuna inanmıram və bunun üçün kifayət qədər resursa malik olduğuna şübhəm var. Rustaveli prospektində qurulan çadırlar daha çox simvolik xarakter daşıyır, ötən gecə orada cəmi 10 nəfər qalıb. Müxalifət, sadəcə, iqtidara təzyiqi artırır ki, parlament seçkilərinin daha demokratik və bərabər rəqabət şəraitində keçirilməsinə nail olsun. Çünki bu halda, ölkədə seçki yolu ilə hakimiyyət dəyişikliyinin baş verməsi realdır. Gürcüstanda sərbəst toplaşma azadlığı təmin olunur. Müxalifət paytaxtın mərkəzi küçə və prospektlərində aksiya keçirə bilir, bunun üçün hər hansı maneə yoxdur. Birləşmiş müxalifətin son qərarına görə, etirazlar permanent, yəni fasiləsiz olacaq. Bu qərar problemi həm ölkə ictimaiyyətinin, həm də Gürcüstan daxili siyasətinə real təsir imkanları olan Qərb çevrələrinin diqqətinə çatdırmaq, onlardan dəstək almaq baxımından doğru qərardır. Aksiyalar qanun çərçivəsində davam etdiyi müddətdə hakimiyyətin müdaxiləsi olmayacaq. Müdaxilə o zaman ola bilər ki, nəqliyyatın hərəkətinə əngəl yaradılsın, şəhər həyatı, dövlət orqanlarının fəaliyyəti iflic edilsin, ictimai asayişə təhlükə törədilsin və s... Hələlik belə hallar yoxdur və bu cür aksiyalar hakimiyyət üçün təhdid yaratmır. Eyni zamanda aksiyalar hələ ki çoxsaylı deyil. Yəni ”Gürcü Arzusu"nu qorxudacaq səviyyədə bir xalq hərəkatı müşahidə olunmur".(“Yeni Müsavat”)

pia.az


Etiket: Gürcüstan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar