Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşdən çıxarılan rəisin bahalı maşınları - Foto

Xəbər verdiyimiz kimi, son zamanlar adı ən müxtəlif qalmaqallarda hallanan Hacı Ramazan Zeynalovun oğlu işdən çıxarılıb

İctimaiyyət arasında “Hacı Mazan” kimi tanınan Ramazan Zeynalovun oğlu Bayram Zeynalov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini tuturdu. Belə xəbərlər var ki, Bayram Zeynalovla bağlı qərarın verilməsi onun vəzifə səlahiyyətlərini aşması ilə əlaqədar olub. DİN-ə onun fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər göndərilib və nəticədə belə bir qərar verilib.

PİA.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Ramazan Zeynalov, onun oğlu və yaxınları 444 seriyalı dövlət nişanlı nəqliyyat vasitələrini idarə etməklə də ad çıxarıblar.

Bayram Zeynalov işdən çıxarılandan və barəsində təhqiqat işinin aparılması xəbərləri yayılandan sonra sosial şəbəkələrdə ona məxsus olduğu bildirilən 2 avtomobilin - “Mercedes Galenvagen” və “Porsche Panamera”nın fotoları yayılıb.

Həmin nəqliyyat vasitələrinin də fotolarını yaymaqla hər birinin qiymətinin 150 min manatı aşdığını da diqqətə çatdırırıq.

Qeyd edək ki, hazırda “Hacı Mazan” barəsində də cinayət işi var. O, “Xəzər” televiziyasının əməkdaşlarına qarşı zorakılıq edib, onlara xəsarət yetirib. Bununla bağlı araşdırma aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar