Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Paşinyanı cəzalandıracaqmı? -Şərh

“Rusiyanın xarici siyasəti müəyyən edən qüvvələr arasında Ermənistanın yeni rəhbərinə qarşı fikir ayrılığı var”

Bunu Rusiya KİV-də Ermənistan Baş naziri Nikol Paşinyan əleyhinə gedən yazıları Teleqraf.com-a şərh edərkən, hərbi ekspert Ramil Məmmədli deyib.

Ekspertin sözlərinə görə, Rusiya hakimiyyətində Ermənistanın yeni rəhbərliyi ilə bağlı ziddiyyətlər var:

Rusiyanın bəzi siyasi dairələri hesab edir ki, Paşinyan dəstəklənməməli və ona etibar edilməməlidir. Kremldəki bəzi qüvvələr isə düşünür ki, Paşinyan Rusiyaya qarşı səhv etməyəcək və onunla hansısa formada əməkdaşlıq davam etdirilməlidir. Orta bir xətt də var ki, onlar Paşinyan Ermənistanının Saakaşvili Gürcüstanına gətirib çıxarılmasının əleyhinədir. Çünki Rusiya bu səhvi bir dəfə edib və bunun nəticəsində də Gürcüstanı itirdi. Buna görə də, Rusiya vəziyyətə nəzarəti saxlamaq üçün Nikol Paşinyana təzyiqləri davam etdirir. Çünki Paşinyan tamamilə Avropaya meyillidir. Bu, onun atdığı addımlardan da hiss olunur.

O, hansısa formada Ermənistanı Moskvanın boyunduruğundan çıxarmağa çalışır. Paşinyanın hansı mövqedə durmasından asılı olmayaraq, Azərbaycan ona qarşı atılmış addımları dəstəkləməlidir.

Çünki Paşinyan Dağlıq Qarabağ münaqişəsinin məsuliyyətini öz üzərindən atmağa çalışır. Bəlkə də, onun Moskvanın münaqişənin həlli ilə bağlı verdiyi təkliflərdən imtina etməsi də, bu təzyiqlərin güclənməsinə səbəb olub”.

Paşinyanın RusiyaAvropa arasında manevr etmək niyyətində olduğunu deyən Ramil Məmmədli qeyd edib ki, o, MoskvaErmənistandan uzaq saxlamaqla, Avropa ilə münasibətləri dərinləşdirməyə çalışır:

“Hesab edirəm ki, Paşinyan öz mövqeyini gücləndirə bilməsə, Serj Sərkisyanın taleyini yaşaya bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar