Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İƏT ölkələri arasında ticarət dövriyyəsi 2 dəfə artacaq

"Hazırda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında ticarətin həcmi ildə 60 milyard dollardır"

"2025-ci ilədək bu rəqəm 120 milyard dollara çatmalıdır".

Bunu İƏT baş katibi Hadi Sultanpur təşkilatın regional proqramlaşdırma şurasının iclasının kluarlarında jurnalistlərə deyib.

Onun sözlərinə görə, dünya ticarətinin 7,7%-i İƏT-ə üzv ölkələrə məxsusdur.

H.Sultanpurun sözlərinə görə, proqrama əsasən qərara alınıb ki, hər il üzv ölkələr arasında ticarət təxminən 10 milyard dollar artsın. Bu məqsədə çatmaq üçün isə lazımi mexanizm düşünmək lazımdır:

"Rüsumun azaldılması, fərqli investisiyaların genişləndirilməsi, ölkələrin özəl sektorunun əməkdaşlığı üçün sadələşdirmələr, bazarların bir-birinə birləşdirilməsi İƏT-in ticarət anlaşması çərçivəsində icra olunmalıdır.

Baş katib deyib ki, nəqliyyat sahəsində İƏT-in önəmli və əsas proqramlarından biri üzv ölkələrin dəniz limanlarının quru limanlara birləşməsidir:

"Təşkilata üzv ölkələrdən 7-i qurudadır və dənizə çıxışı yoxdur. Proqramımızda dəniz limanlarının quru limanlara birləşməsi, bu ölkələrə məhsulun əlavə xərc olmadan tranziti nəzərdə tutulur. İƏT-in birləşmə xətləri olan 5 dəmiryolu dəhlizi və 2 avtomobil yolu dəhlizinin investisiyaya ehtiyacı var".

Qeyd edək ki, İƏT-in Tehranda keçirilən 4 günlük iclasında İran, Türkiyə, Azərbaycan, Pakistan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan nümayəndələri iştirak edirlər. (trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar