Abşeron rayonunda 30 yaşlı kişi itkin düşüb
Bu barədə onun analığı Bibixanım Salmanov məlumat verib.
Onun sözlərinə görə, Abşeron rayonunun Saray qəsəbəsi, Adil Mənsimov küçəsi 9A ünvanında yaşayan 1988-ci il təvəllüdlü Sədi Həşim oğlu Salmanov iki gündür evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun ruhi xəstə və dil qüsuru olduğu da bildirilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı araşdırma aparılır. (report.az)
pia.az