Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Pakistan arasında birbaşa avireys açılır

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın baxımlı televiziya kanallarından olan “Channel 5” kanalının “Diplomatic Enclave” proqramının qonağı olub

Azərbaycanın Pakistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Azərbaycanın Pakistanla iqtisadi-ticari sahədə də əməkdaşlığın artırılmasında maraqlı olduğunu, cari ildə iki ölkə arasında bir çox birgə layihələrin, sərgilərin keçirildiyi, ticarət dövriyyəsində artımın müşahidə olunduğunu və bu sahədə potensial və imkanların daha dərindən araşdırılması gərəkdiyini vurğulayıb.

Səfir Azərbaycandan Pakistana ixrac edilə biləcək məhsullar barədə məlumat verib, ölkəmizdə 300-ə yaxın Pakistan şirkəti və iş adamının fəaliyyət göstərdiyini, Pakistandan ölkəmizə gələn turistlərin sayında dəfələrlə artımın olduğunu, hazırda iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması üzərində işlərin getdiyini söyləyib.

O həmçinin, Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye və texnoloji parkların, iqtisadi zonaların fəaliyyətləri haqqında məlumat verib, ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri, bu dəhlizlərə Pakistanın da qoşulmasının mümkünlüyü, Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticari, hərbi-texniki, enerji, turizm və digər sahələrdə də əməkdaşlığa öz töhfəsini verdiyini, qarşılıqlı investisiya üçün imkanların artdığını qeyd edib.

Aparıcının Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı sualına cavab olaraq, Əli Əlizadə bu sahənin ikitərəfli münasibətlərdə prioritet sahə olduğunu, hər iki ölkənin terrorçuluq və ekstremizmdən əziyyət çəkdiyini və bir-birinə daim dəstək göstərdiyini, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək burada etnik təmizləmə, dini, mədəni abidələri məhv etmə siyasəti həyata keçirdiyini, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə məhəl qoymadığını diqqətə çatdırıb.

Pakistandakı cari vəziyyətlə bağlı aparıcının sualını cavablandıran səfir təhlükəsizlik sahəsində Pakistanda irəliləyişin müşahidə edildiyini, yeni hökumətin ölkədə iqtisadi, sosial, humanitar sahələrdə layihələr həyata keçirdiyini, bütün bunların ölkənin inkişafına öz töhfəsini verəcəyinə inandığını, Azərbaycanın daim qardaş Pakistanın yanında olduğunu bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar