Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın ABŞ-la bağlı mövqeyində dəyişikliyin olması nə ilə bağlıdır? – Politoloq açıqladı

Politoloq: “Hesab edirəm ki, İranın ABŞ-a münasibətində dəyişiklik yoxdur. Sadəcə olaraq İran ABŞ-a qarşı taktikasını dəyişib”

İranla-ABŞ arasında gizli əlaqələr olub və bu günə qədər də o gizli əlaqələr qalır. Həmin gizli əlaqələrdə də müəyyən məsələlər var ki, hələ o məsələləri razılaşdıra bilmirlər”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu İranın Vaşinqtonla birbaşa dialoqa hazır olduğunu bəyan etməsini PİA.az-a şərh edərkən qeyd edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin rəsmi Vaşinqtonla danışıqlara hazır olduğunu bəyan edib.

Qətərdə 18-ci Doha Forumunda çıxış edən Zərif daha əvvəl ABŞ-la aparılan danışıqlarda müsbət nəticələr əldə edildiyini, ancaq Donald Trampın prezidentliyi dövründə bu anlaşmanın ləğv edildiyini diqqətə çatdırıb.

ABŞ-ın Yəmən məsələsindəki siyasətini tənqid edən xarici işlər naziri bildirib: “Yəməni İran yox, Səudiyyə Ərəbistanının təyyarələri bombalayır və ABŞ onlara dəstək verir”, - deyə Cavad Zərif qeyd edib.

Daha əvvəl ABŞ-la danışıqlardan imtina edən İranın mövqeyindəki bu dəyişikliyi nəylə əlaqələndirmək olar? Bu birbaşa sanksiyalarla əlaqəlidir, yoxsa başqa səbənlərdə ola bilər? Həmçinin bilirik ki, Trampın İrana qarşı şərtləri hədindən artıq ağırdır. İranın bu ağır şərtlərlə razılaşmasına ehtimal vermək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Mübariz Əhmədoğlu: “İranla-ABŞ arasında danışıqlar gedəcək və İran istədiyini alan kimi yenidən Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı üçün problemlər yaradacaq”.

İran ağır vəziyyətdən qurtarmaq üçün ABŞ-ın şərtlərini qəbul etdiyini vurğulayan politoloq əlavə edib ki, indiki dövrdə İran nə qədər uduzur bilmir. Amma İran ABŞ-la münasibətlər qurduqdan sonra qısa müddət ərzində hər bir işi bərpa edə biləcək:

“Mən hesab edirəm ki, İranın ABŞ-a münasibətində dəyişiklik yoxdur. Sadəcə olaraq İran ABŞ-a qarşı taktikasını dəyişib. Bildiyimiz kimi nüvə danışıqlarının 6 il intensiv dövrü olub. Bu dövrlərdə də həmişə ABŞ-ın dövlət katibi ilə İran xarici işlər nazirinin ayrıca görüşləri olub.

Hətta 2015-ci ildə Vyanada “nüvə müqavilə”si imzalanmasının axırıncı danışıqları keçirilirdi. O zaman Kerri ilə Cavad Zərif razılaşdılar ki, Avtrayada 3 raund danışıqlar keçirsinlər. Bu danışıqlar “altılıq format”ından ayrı olaraq keçirildi. Danışıqlarda elə mövzu ortaya çıxdı ki, ABŞ İranla danışıqların müddətin artırmalı oldu. Həmin zamanlarda da İsrail-Fələstin münasibətlərində gərginlik olduğuna görə Kerri İsrailə getməli idi. Səfərin planlaşdırIlmağına və İsrail-Fələstin münasibətlərində gərginliyin silahlı toqquşmaya keçməyinə baxmayaraq Kerri İsrailə getmədi və Vyanda qalıb Cavab Zəriflə danışıqlar apardı.

Mübariz Əhmədoğlu: “İranın arzusu budur ki, ABŞ İranı özünün Yaxın Şərqdə vuran əli hesab etsin”.

İranla-ABŞ arasında gizli əlaqələr olub və bu günə qədər də o gizli əlaqələr qalır. Həmin gizli əlaqələrdə də müəyyən məsələlər var ki, hələ o məsələləri razılaşdıra bilmirlər. İran istəyir ki, Yaxın Şərq üzrə ABŞ-ın canişini olsun. Yəni ABŞ Səudiyyə Ərəbistanından, Türkiyədən əl çəsin və hər iki ölkə ilə münasibətlərini İranla məsləhətləşdikdən sonra qursun. İranın arzusu budur ki, ABŞ İranı özünün Yaxın Şərqdə vuran əli hesab etsin. Əvəzində isə İran söz verir ki, Mərkəzi Asiya və Qafqaz məsələlərini aktuallaşdırmaqla Rusiyanı sıxışdıracaq. Bu məsələlər ABŞ-a İran arasında müzakirə olunub və razılıq da var.

Razılaşdırılmayan məsələ odur ki, ABŞ istəyir ki, İran Çinlə də əlaqlələrini kəssin. Daha doğrusu ABŞ istəyir ki, İranın Çinlə əlaqələrini öz nəzarəti altına alsın. İran isə bu məsələyə razı deyil. Çünki İranın iqtisadiyyatı Çinin iqtisadiyyatına çox qarışıb və çox bağlıdır. Belə demək mümkünsə, İran Çinə qarşı heç bir tarixi iddia irəli sürə bilmir, amma Rusiyaya qarşı tarixi iddia irəli sürə bilər. Buna görə İran Çindən qorxur və buna görə də ABŞ-ın Çinlə bağlı tələbinə cavab verə bilmir.

Hesab edirəm ki, ABŞ-ın arzuladığı İran-Çin məsələsi həllini tapan kimi İran ABŞ-la razılığa gedəcək. Tədricən də görəcəyik ki, 70-ci illərə qədər necə bütün Yaxın Şərqdə gedən proseslər İran vasitəsi ilə həll olunurdu, eynən o qaydada da davam edəcək. ABŞ İranın əhəmiyyətini bilir və İran da ABŞ-ın pulundan, malından heç vaxt imtina etməyəcək.

Mübariz Əhmədoğlu: “ABŞ-ın arzuladığı İran-Çin məsələsi həllini tapan kimi İran ABŞ-la razılığa gedəcək”.

Onu da qeyd edim ki, bu günkü İsraili bu qədər qüdrətli edən İran olub. Vaxtı ilə ABŞ-ın göstərişi ilə İran İsrailə ucuz neft, qaz, mal, məhsul verib. Həmçinin İsrail məhsulların da baha qiymətə alıb. Bununla da İran İsraili gücləndirdi.

Mən bütün çıxışlarımda, məqalələrimdə daim olaraq vurğulamışam ki, İranla ABŞ arasında əlaqələr var və bu əlaqələrin rəsmiləşdirilməsi heç də gözlənilməz olmamalıdır. Buna görə də hesab edirəm ki, İranla-ABŞ arasında danışıqlar gedəcək. İran da istədiyini alan kimi yenidən Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı üçün problemlər yaradacaq.

Hesab edirəm ki, ağır şərtlər İranı bu vəziyyətə saldı. İran ağır vəziyyətdən qurtarmaq üçün ABŞ-ın şərtlərini qəbul edir. İndiki dövrdə İran nə qədər uduzur bilmirəm. Amma düşünürəm ki, İran ABŞ-la münasibətlər qurduqdan sonra qısa müddət ərzində hər bir işi bərpa edə biləcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar