Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan yeni avtomatlar istehsal edəcək

Son dövrlər müdafiə təyinatlı məhsulların yaradılması istiqamətində görülmüş işlər bir neçə adda yeni məmulatın yaxın gələcəkdə seriyalı istehsalına başlanılacağının təminatını verir

Belə ki, nazirliyin müəssisələrində yaradılmış AZ 7,62 və EM-14 avtomatlarının istehsalat hazırlığı artıq başa çatdırılıb və 2019-cu ildən seriyalı istehsalına başlanılacaq.

Bu barədə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edilib.

Oxu: Azərbaycan 10-dan çox ölkəyə silah satır
Nazir müavini bildirib ki, növbəti illərdə RPQ 7V-2 tipli qumbaraatan üçün müxtəlif növ atəş yığımlarının, müxtəlif çaplı izburaxan patronların, pulemyot və toplar üçün lülələrin, 2A-42 (AT-30) tipli avtomatik topun və s. məmulatların seriyalı istehsalı nəzərdə tutulur:

“Bu ilin iyununda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin söylədiyi “Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb.

Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə başlamışıq”, - sözləri Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin fəaliyyətinə verilən ən yüksək dəyər kimi qiymətləndirildi”.

Yəhya Musayev qeyd edib ki, 2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artıb:

“İstehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır. Son illərdə bu nisbət 90 faizi keçib. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü ötüb”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar