Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanlı deputat Ermənistana çağırış

"Pakistan-Azərbaycan əlaqələri, münasibətləri ən yüksək səviyyədədir. Bu münasibətlər dünyaya nümunə ola bilər"

Bunu Oxu.Az-a açıqlamasında pakistanlı deputat, adıçəkilən ölkənin Parlamentlərarası İttifaqdakı (PAİ) nümayəndə heyətinin rəhbəri Şazeb Durrani deyib.

S.Durrani Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini və onu uzun illərdən bəri işğal altında saxlamasını qəbul etmədiklərini vurğulayıb:

“Biz Pakistan dövləti, Pakistan xalqı olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyirik. Bildiyiniz kimi, məhz bu səbəbdən bu günə qədər Ermənistanla heç bir siyasi-diplomatik əlaqələrimiz, münasibətlərimiz yoxdur.

Bu münasibətlər yalnız Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən, Ermənistan qoşunları tərəfindən boşaldılmasından sonra yarana bilər.

Biz münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrindən çıxış edərək, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarını tərk etməsini və Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkününün öz evlərinə dönməsini istəyirik”.

S.Durrani ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu sözlərinə əlavə edib.

“Biz münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli həll edilməsinin tərəfdarıyıq. Ancaq istənilən halda Azərbaycanın yanındayıq və Azərbaycanın münaqişənin həlli yönündə atacağı bütün addımlarda hər zaman onu dəstəkləyəcəyik.

Ermənistana bir daha çağırış edirik ki, qısa bir müddətdə BMT və digər beynəlxalq təşkilatların qətnamələrinə, tələblərinə əməl etsinlər, Azərbaycan torpaqlarından çıxsınlar, qaçqın və məcburi köçkünlər öz evlərinə dönsünlər.

Bir sözlə, biz hər zaman Azərbaycanı dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”, - deyə o bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar