Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə taxta qayıqda köməksiz vəziyyətdə qalmış 3 balıqçı xilas olunub
Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə (təxminən 13 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 3 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub
Azvision.az FHN-ə istinadən xəbər verir ki, xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.
pia.az