Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov: "Gürcüstanın bayramı Azərbaycanın bayramıdır"

"Gürcüstanı yeni prezident münasibətilə təbrik edirəm. Gürcü xalqına xoşbəxtlik və firavanlıq arzulayıram”

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib.

O, bildirib ki, Gürcüstan Azərbaycana qardaş ölkədir: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında sıx münasibətlər var. Gürcüstanı yeni prezident münasibətilə təbrik edirəm. Gürcü xalqına xoşbəxtlik və firavanlıq arzulayıram”.

O.Əsədov Gürcüstanın yeni dövlət başçısının andiçmə mərasimində iştirak etməyin onun üçün vacib olduğunu qeyd edib: “Biz Gürcüstanla həmrəyliyimizi ifadə edirik.

Gürcüstanda ilk qadın prezident seçilib və bu, olduqca vacibdir. Burada olmağımızdan məmnunluq və fəxr hissi keçiririk”.

Parlament sədri Gürcüstanın Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirdiyini qeyd edib: “Ötən il Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejim qüvvəyə minib və hesab edirəm ki, bu, böyük nailiyyətdir”.

Qeyd edək ki, S.Zurabişvilinin andiçmə mərasimində O.Əsədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov və deputat Hikmət Babaoğlu daxildir. (report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar