Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qadın sahibkarı aldadaraq 2 milyon manatını ələ keçirdi  

Bakıda sahibkarın 2 milyon manatını ələ keçirməkdə təqsirləndirilən qadın saxlanılıb

Külli miqdarda dələduzluq etməkdə ittiham edilən Gülarə Əliyeva barəsində 10 dekabr 2018-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Sahibkar Nəcəf Nəsirliyə qarşı dələduzluqda ittiham edilən Gülarə Əliyeva bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Məlumata görə, Gülarə Əliyeva uzun müddət axtarışda olub. O, istintaqdan yayınsa da, sonradan həbs edilib.

Zərərçəkmiş Nəcəf Nəsirlinin vəkili Fərid Həsənov bildirib ki, təqsirləndirilən Gülarə Əliyeva özünü qızıl-zinyət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın aralarında yaranmış etibardan istifadə edərək Nəcəf Nəcəfliyə qarşı dələduzluq edib. Ondan qızıl alveri etmək adı ilə pul alıb. Qadın sahibkarın ona olan inamından sui-istifadə edərək, onun külli miqdarda əmlakını ələ keçirib.

Məlumata görə, Gülarə Əliyeva Bakıda bir neçə qızıl mağazasının olduğunu deyib. Hətta Nəcəf Nəsirlini inandırmaq üçün ona bir neçə mağaza göstərərək həmin mağazaların sahibi olduğunu deyib.

Həmçinin həmin mağazalar Gülarə Əliyevaya məxsus deyilmiş. O, iş adamına söyləyib ki, hər kəs onu "Gülü" ləqəbi ilə tanıyır.Amma Nəcəf Nəsirli aldadıldığını başa düşdükdən sonra məlum olub ki, Gülarə Əliyeva nə fiziki şəxs, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınmayıb.


Amma bu işdə maraqlı bir məqam var ki, Gülarə Əliyevanın iş adamına göstərdiyi mağazaların sahibi həqiqətən də "Gülü" adlı başqa bir qızıl alverçisi olub. Gülarə Əliyevanın bu yalanının üstü də sonradan açılıb.

Bu cinayətdə Gülarə Əliyeva ilə yanaşı, başqa qızıl alverçilərinin də adı keçir. Sahibkarın Bakı Şəhər Baş Polis İdarəsinə etdiyi şikayət ərizəsi ilə araşdırmalar aparılır.

Hazırda Gülarə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. (musavat.com)

pia.az


Etiket: Bakı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar