Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Riçard Niksonun taleyini təkrarlaya bilər

ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun vəkili Con Din hazırkı dövlət başçısı Donlad Trampa qarşı aparılan təhqiqatı məşhur “Uoltergeyt işi”nə bənzədib

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, özünün tvitter səhifəsində yazıb.

Xatırladaq ki, 1974-cü ildə Demokrat partiyasının seçki qərargahının dinlənilməsi ilə bağlı yaranan həmin qalmaqal Riçard Niksonun istefası ilə nəticələnmişdi.

Con Dinin fikrincə, Trampa qarşı qaldırılan ittihamlar daha ciddidir. Belə ki, Ağ Evin sahibinə qarşı bir çox istiqamətlər üzrə, o cümlədən ailə fondu ilə əlaqədar (Donald J.Trump Foundation) araşdırma aparılır.

“Trampın seçkiqabağı kampaniyası, andiçmə mərasimi, üstəlik ailəsi… Bütün bunlar hazırkı anda federal səviyyədə cinayət və mülki təhiqiqatın altındadır.

Bu, “Uoltergeyt işi”ndən də böyükdür və hələ başlanğıcdır”, - deyə Con Din tvitter mesajında yazıb.

Bundan daha öncə isə “The Wall Street Journal” Donald Trampın andiçmə mərasiminə çəkilən xərclərin hüquq-mühafizə orqanlarının diqqətinə düşdüyünü xəbər verib.

Manhetten prokurorluğu inauqurasiya komitəsinin mərasim üçün ianələr vasitəsilə topladığı 107 milyon dolların həqiqətən təyinatına uyğun xərclənib-xərclənmədiyini yoxlayacaq.

Bundan başqa prokurorluq bəzi donor sahibkarların bu ianələri prezident administrasiyasına rüşvət olaraq, verib-vermədiyini də araşdıracaq.

pia.az


Etiket: Donlad Trampa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar