Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinin taktiki qələbələri onun strateji məğlubiyyətləri ilə nəticələnib”

Kremlin məşhur tənqidçilərindən Qari Kasparov deyib ki, prezident Vladimir Putinin “aqressiv” siyasətlərinə görə Rusiya dünya səhnəsindəki yerini getdikcə daha çox itirir

“Əsas problem Kremlin ölkə daxilindəki proseslərə nəzarət edə bilib-bilməməsində deyil. Fakt budur ki, rejim beynəlxalq nüfuzunu sürətlə itirməyə başlayıb”.

Şahmat üzrə keçmiş dünya çempionu və Rusiya müxalifətinin aparıcı fiquru olan Kasparov dekabrın 14-də AzadlıqRadiosuna müsahibəsində daha sonra deyib: “Tez və ya gec, bu, baş verməli idi, çünki Kremlin aqressiv siyasəti azad dünyanı əmin etməliydi ki, Putinlə danışmaq mənasızdır”.

Kasparov bunu da bildirib ki, o, Rusiyanın ABŞ-ın 2016-cı ilə seçkisinə və başqa seçkilərə müdaxilə etdiyinə inanır.

Kasparov deyib ki, Rusiya Donald Trampın bu seçkidə Hillari Klinton üzərində qələbəsi üçün “nəhəng resurslar” investisiya edib.

Rusiya təbliğatı Trampın seçki qələbəsini Putinin təntənəsi kimi təqdim edir. Lakin Moskvadakı təntənənin ömrü qısa olub, çünki Birləşmiş Ştatların prezidentinin nəhəng siyasi qüvvəsinə baxmayaraq Putinin ondan gözlədiyi siyasəti yürütmək imkanları məhduddur”.

Rusiyanın seçkiyə müdaxiləsi Trampın prezidentliyinə ilk gündən kölgə salıb və xüsusi prokuror Robert Müllerin Moskva və Tramp arasında mümkün sövdələşməni təhqiq etməyə başlaması ilə nəticələnib. Tramp bu iddiaları rədd edir və əcinnə ovu adlandırır.

Kasparov deyib ki, Putin üçün daha bir zərbə Avropa İttifaqının Krımın ilhaqı ilə bağlı Moskvanın üzərinə qoyduğu iqtisadi sanksiyalar olub.

Dekabrın 13-də Avropa İttifaqı bu sanksiyaların müddətini daha 6 ay uzadıb.

Sanksiyalar ilk dəfə 2014-cü ildə, Rusiya Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etdikdən və Ukraynanın şərqindəki separatçılara dəstək verməyə başladıqdan sonra qoyulub.

Rusiya üzərindəki sanksiyaların müddəti gələn ay başa çatırdı, lakin Avropa İttifaqı liderləri Moskvanın Minsk razılaşmalarına hörmət etməməsini nəzərə alaraq onların müddətini daha 6 ay uzadıblar.

Kasparov xəbərdarlıq edib ki, Putinin Qərb dünyasını parçalamağa yönəlmiş siyasəti hələ başa çatmayıb.

Keçmiş çempion deyib ki, “indiyədək bu siyasət əks-nəticəli olub və Putinin taktiki qələbələri onun strateji məğlubiyyətləri ilə nəticələnib”.

Kasparov deyib ki, gələcəkdə Putinin Ukrayna və başqa yerlərdə yürütdüyü siyasətlərin bədəlini Rusiya və ruslar ödəməli olacaqlar. O əlavə edib ki, “diktatorların cinayətləri üçün həmişə millətlər cavab verməli olublar”.

55 yaşlı Kasparov 1985-2000-ci illərdə şahmat dünyasında dominant fiqur olub. O siyasi fəaliyyətə başlaması ilə əlaqədar 2005-ci ildə peşəkar şahmatla vidalaşıb və Putinə qarşı “Başqa Rusiya” adlı hərəkata start verib.

Nəhayət Rusiyanı tərk edən Kasparov 2013-cü ildə deyib ki, o bu ölkəyə bir daha qayıtmayacaq. O 2014-cü ildə Xorvatiya vətəndaşlığı alıb. Buna baxmayaraq daha çox Nyu Yorkda olur.

O 2015-ci ildə “Qış gəlir və ya Vladimir Putin və azad dünyanın düşmənləri dayandırılmalıdır” kitabını yazıb. (Azadliq Radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar