Almaniyanın “Ştutqart” klubunun kapitanı Kristian Gentnerin atası tribunada dünyasını dəyişib
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, Mixael Gentner dünən axşam “Herta” ilə matçın (2:1) gedişində anidən yıxılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı “Ştutqart” klubu açıqlama yayaraq futbolçuya başsağlığı verib.
pia.az