Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı investorlar Dağıstana on milyonlala vəsait yatırırlar

Dağıstanın Dərbənd rayonunun Salik kəndində tezliklə 20 min hektar ərazidə müasir istixana kompleksi işə başlayacaq. Yüz milyonlarla dollar dəyəri olan bu kompleksdə pomidor yetişdiriləcək

İrimiqyaslı investisiya layihəsinin təşəbbüskarı “Xəzər-18” MMC-nin timsalında Azərbaycan tərəfidir.

Layihənin icra vəziyyəti barədə bu günlərdə Dağıstan Respublikasının baş nazirinin müavini, kənd təsərrüfatı və ərzaq naziri Əbdülmüslüm Əbdülmüslümovun rəhbərliyi altında regional hökumətin iclasında danışılıb.

İclasda investorun maraqlarını təmsil edən, Azərbaycana məxsus “Bank BTB”nin Müşahidə Şurasının sədri Sadiq Rza İsmayıl oğlu layihənin birinci mərhələsi çərçivəsində görülmüş işlər barədə məlumat verib.

Onun sözlərinə görə, torpaq işləri başa çatdırılıb, kommunikasiya xətləri çəkilib, tikinti üçün ayrılmış ərazi təmizlənib, texniki və inzibati binalar tikilib. Obyektlərin tikintisində Avropada və Rusiyada istehal edilmiş texnologiya və avadanlıqlardan istifadə edilir.

O, həmçinin bildirib ki, layihənin ümumi dəyəri 1,3 milyard rubldur, bu vəsaitin yarısı birbaşa xarici investisiyalar hesabına təmin ediləcək. İnvestorlar işləri gələn ilin fevraına kimi başa çatdırmağı və artıq 2019-cu ilin may ayında ilk məhsulu götürməyi planlaşdırırlar.

Burada hər il 3500 ton tərəvəzin yığılacağı, aylıq əməkhaqqı 30 min rubl olan 250 nəfərin işlə təmin olunacağı bəzərdə tutulur.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar