Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərviz Şahbazov: “Hasilatın azaldılması qərarı vaxtında qəbul edildi”

Neft istehsalının azaldılması çox vaxtında qəbul olunmuş qərar idi

Bu sözləri energetika naziri Pərviz Şahbazov deyib.

"Ötən həftə Vyanada OPEC və OPEC+ ölkələrinin birgə iclası keçirildi və neft bazarına dair qərarlar qəbul olundu. Ümumilikdə iştirakçı ölkələr sutkalıq hasilatın 1,2 milyon barrel azaldılmasına qərar verdilər. Sözsüz ki, bu qərar çox vaxtında qəbul edilmiş qərar oldu. Heç şübhə yoxdur ki, bu qərar bazara müsbət təsir göstərəcək və bazarı balanslaşdıracaq. Neft bazarındakı mövcud ehtiyatlar azaldıqca "qara qızıl"ın qiyməti də artacaq. Sözsüz ki, bu da öz növbəsində neft sənayesinin inkişafına səbəb olacaq. Azərbaycan isə gündəlik neft hasilatının 20 min barrel azaldılması üzrə öhdəlik götürüb. Gələn ilin ilk 6 ayını nəzərdə tutan bu qərar çərçivəsində çalışacağıq ki, öhdəliyi yerinə yetirək", - deyə nazir bilirib.

Xatırladaq ki, dekabrın 7-də Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin (OPEC+) V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. Gələn il yanvarın 1-dən qüvvədə olmaqla 6 aylıq müddətə nəzərdə tutulan razılaşma çərçivəsində OPEC üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azalmağa razılıq verib.(Sputnik Azərbaycan)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar