Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran İraqa gündəlik 45 milyon dollarlıq məhsul ixrac edir

İran gündəlik təxminən 45 milyon dollar dəyərində, bəzi hallarda 70 milyon dollara qədər məhsulu İraqa ixrac edir

Bunu İran-İraq Birgə Ticarət Palatasının baş katibi Həmid Hüseyni deyib.

Onun sözlərinə görə, İraq şirkətləri neft-qaz sahələrində podratçı formasında əməkdaşlığa dəvət olunub. Buna əsasən İran şirkətləri İraq şirkətlərinin adı altında tenderlərdə iştirak edir və bu vasitə ilə iraqın neft-qaz, texniki və mühəndislik layihələrində iştirak edirlər.

Hüseyni əlavə edib: "İraq tenderlərdə podratçı layihələrin 20-30-ni yerli şirkətlərə verir. Bu şirkətlərin həmin layihələri icra etmək üçün lazımi potensialı yoxdur. İran şirkətləri onlarla əməkdaşlıq yolu ilə İraq layihələrinə daxil ola bilər.

“Hazırda İraqda neft-qaz layihələrinin əksəriyyəti Avropa və Çin şirkətlərinin əlindədir. İran şirkətləri tenderlərdə iştirak edib qalib gəlsələr də, bu ölkədə fəaliyyət imkanı əldə edə bilməyiblər” –, deyə o bildirib.
Hüseyni əlavə edib ki, İraq bazarında münasib səviyyədə iştirak etmək üçün iraqlıların məhsulu almaq üçün müraciət edəcəklərini gözləməmək lazımdır. "Bu ölkənin istehsalında iştirak etmək lazımdır".

İran-İraq Birgə Ticarət Palatasının bildirib ki , kənd təsərrüfatı məhsullarının ixracı sahəsində iki ölkə arasında anlaşma sənədləri imzalanmalıdır: "İraq rəsmiləri bunun gerçəkləşməsini istəyirlər. Lakin İranın hökumət rəsmiləri ilə aparılan müzakirələrə əsasən, iranlı rəsmilər İraq rəsmilərinin İrana dəvət olunduqlarını, lakin gəlmədiklərini deyirlər. Bu məsələyə diqqət yetirmək lazımdır ki, İran öz məhsulunu ixrac etmək istəyir, ona görə də ilk addımı atmalıdır".(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar