Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Qazax və Ağstafa istiqamətində sərhəd qoşunlarını yerləşdirməsini rusiyalı ekspert belə yozdu...

Azərbaycan rəhbərliyinin Ermənistanla sərhədin Qazax və Ağstafa rayonları istiqamətindən keçən hissəsində sərhəd qoşunlarını yerləşdirməsi Ermənistanla münasibətlər baxımından atılmış addımdır

Belə rəylə rusiyalı ekspert, Qafqaz və Mərkəzi Asiyanı araşdırma Mərkəzinin baş elmi əməkdaşı Aleksandr Skakov çıxış edib

Skakov erməni KİV-lərinə açıqlamasında bildirib ki, bu addım Ermənistanda rəhbərliyin dəyişməsi və müəyyən təmaslar yaratmaq cəhdləri ilə əlaqəlidir.

Ermənistanda rəhbrliyin dəyişməsi Azərbaycanı buna həvəsləndirib ki, müəyyən qarşı addımlar atsın. Yanaşmalarda kəskin dəyişmə də məhz bununla bağlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan uzun illər heç bir güzəştə getməyib, o cümlədən Ermənistanla sərhəddən snayperlərin və ağır texnikanın geri çəkilməsi məsələsində. İndi Bakı Yerevandan adekvat addımlar gözləyəcək”-A.Skakov deyib.

Ekspertə görə buna xüsusi fikir vermək lazımdır ki, qərar Ermənistanla sərhəd rayonlarla bağlı qəbul edilib. “Ermənistanla sərhəddə vəziyyətin kəskinləşməsi münaqişəyə Rusiyanın da qarışmasına gətirib çıxara bilər. Bunu Bakıda bilməmiş deyillər”-o əlavə edib.

Skakovun fikrincə ola bilsin Bakı bu addımı tərəfdaş ölkələrlə, o cümlədən Minsk Qrupunun həmsədrləri ilə razılaşdırıb.

Xatırladaq ki, sərhəd qoşunlarının Ermənistanla sərhədin QazaxAğstafa istiqamətindən keçən hissəsində yerləşdirildiyini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev açıqlayıb. Bildirib ki, Ali baş komandan İlham Əliyevin əmri ilə sərhədin bu istiqamətindəki döyüş postları sərhəd qoşunlarına təhvil verilib. Müdafiə Nazirliyinin bölmələri isə daha intensiv təlim-məşq hazırlığı və ehtiyat qüvvələrin yaradılması məqsədi ilə geri çəkilib.

Lakin Müdafiə Nazirliyi bu məsələ ilə bağlı bildirib ki, sərhədin QazaxAğstafa istiqamətlərindən keçən hissəsində erməni mövqelərindən 2 kilometrə qədər aralıda yerləşən, vəziyyətin nisbətən sabit olduğu postlar sərhəd qoşunlarının bölmələrinə təhvil verilib. Həmin postlara Müdafiə Nazirliyinin bölmələri ağır texnika və silahlarla dəstək verir. Düşmənlə bilavasitə təmas xəttindəki postlar isə ordunun nəzarətindədir.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar