Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ermənistan Laçın, Cəbrayıl, Fizuli və başqa rayonları Yeltsin rejiminin dəstəyi ilə işğal edib" - Video

"Aleksandr Duqin məni Azərbaycana getməyə və orada Qarabağ münaqişəsi zonasındakı Cəbrayıl və Fizuli rayonlarına baş çəkməyə dəvət etdi. Və indi məni çoxları bu səfərə görə ittiham edirlər"

 

Bunu məşhur Rusiya ictimai xadimi, televiziya aparıcısı və jurnalisti Maksim Şevçenko öz internet-müraciətində deyib.

"Erməni oxucular və dinləyicilər mənə deyirlər: "Siz bunu necə etdiniz, Siz satıldınız, Siz Abşeron manqurtusunuz, Siz Bakı pulu almısınız". Birincisi, mən sizi inandırıram – mən heç bir pul almamışam və almağa da hazırlaşmamışam. Əgər mənə pul təklif etsəydilər, mən heç bir halda ora getməzdim. Əlbəttə, azərbaycanlılar bizə kifayət qədər rahat səfər və orada kifayət qədər rahat olmaq imkanı yaratdılar. Biz ora kifayət qədər uzun yol getdik. Bu o gün idi ki, Rusiya yığması İspaniya ilə oynayırdı və onu uddu. Biz rayonlara gedirdik, hansılar ki, beynəlxalq hüququn bütün normaları üzrə işğal edilmiş hesab edilirlər.

Tutaq ki, Dağlıq Qarabağ mübahisəli ərazidir, amma Laçın, Ağdam, Fizuli, Cəbrayıl və başqa rayonlar – bunlar dəqiq 1990-cı illərin əvvəllərində Rusiyadakı Yeltsin rejiminin dəstəyi ilə erməni silahlı birləşmələri tərəfindən qanunsuz işğal edilmiş Azərbaycan Respublikasının əraziləridir. Ermənilərdən kim deyə bilər ki, bu belə deyil? Kim bildirər ki, bunlar Ermənistan ərazisidir? Baxmayaraq ki, mən "bu bizim qədim torpağımızdır, biz həmişə orada yaşamışıq" kimi yazılar da oxuyuram.

Bilirsiniz, gəlin bu danışıqları bir kənara qoyaq. Erməni qoşunları Azərbaycanın işğal edilmiş rayonlarından çıxmalıdır. Milyon nəfərə yaxın azərbaycanlı, sözsüz, ora qayıtmalıdır. Və Bakı yalnız bundan sonra, Azərbaycan qaçqınlarının ora qayıdış şərti ilə Dağlıq Qarabağın statusunu müzakirə etməyə hazırdır.

Mənim mövqeyim dəyişməz qalır: mən həmçinin hesab edirəm ki, ermənilər Azərbaycan ərazisinə qayıtmalıdırlar, harada ki, yüzilliklərlə yaşayırdılar; 400 mindən artıq azərbaycanlı isə Ermənistanın ərazisinə dönməlidir, hansılar ki, oradan qovulublar. Bu bütün insanlar üçün faciə idi.

Buna görə mən ora getdim, demək üçün ki, müharibə Azərbaycan xalqı üçün də, erməni xalqı üçün də bütün məsələlərin pis həll yoludur. Mən hesab edirəm ki, bu rayonlar ilkin sövdələşmə olmadan azad edilməlidir. Mən deyə bilərəm ki, Serj Sarkisyan, pis və ya yaxşı olmasından asılı olmayaraq, İlham Əliyevlə bu beş rayonun azad olunması haqda razılaşmışdı. Bu, gərginliyin yumşalmasına, Ermənistanın Zaqafqaziyanın iqtisadi-energetika, qaz, ticarət və s.sisteminə qayıdışına gətirib çıxarardı

Budur, Sarkisyanı çıxardılar, Paşinyan gəldi. Yenə zorakılığın, müharibənin eskalasiyası. Mən Paşinyanın indiki siyasətinin əleyhinəyəm. Hesab edirəm ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması üzrə siyasəti, sülh prosesini davam etdirmək lazımdır. Mən əminəm ki, bütün ağıllı ermənilər, hansılar ki, millətçilik mifi ilə kor edilməyiblər, bu məsələdə məni dəstəkləyəcəklər. Buna görə hesab edin ki, mənim Fizuli rayonuna səfərim simvolik idi. Mən iki qədim xalqı-azərbaycanlıları və erməniləri real sülh dialoquna çağırıram.

Amma əgər bu dialoq müharibə ilə pozulacaqsa...”.

Maksim Şevçenko müraciətində dana nələrə toxunub? O, Azərbaycan Ordusunun mövqelərində nələrin şahidi olub? Onun indiyədək tutduğu və bundan sonra da tutmağa hazır olduğu tək mövqe hansıdır?

Bütün bu və digər sualların cavabı video-müraciətdə...(Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar