Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatla bağlı sənədlər yayıldı - Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu - Foto

Milli Məclisin deputatı Rafael Cəbrayılovla bağlı hər keçən gün şikayətlər artmaqdadır

Bankların qara siyahısında olan millət vəkilinin adı mənzil və borc qalmaqalları ilə də anılır.

Yayılan xəbərlərdə bildirilir ki, Rafael Cəbrayılov qardaşının adına açdığı “Dərhal” MTK ilə bir sıra cinayət xarakterli işlərə imza atıb. Belə ki, bu MTK-nın adı ilə Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər Şəhərciyi”ndəki mənzillərin bir çoxunun 2 və daha çox sahibi var.

Eyni zamanda borcuna qarşılıq vəd etdiyi mənzilləri də sahiblərinə verə bilmir.

Bu borc sahiblərindən biri də artıq uzun illərdən bəri halal pulunu deputatdan geri ala bilməyən iş qadını Məlahət Qurbanovadır. Məlahət xanımın sözlərinə görə, Cəbrayılov onunla borc müqaviləsi imzalamaqla yanaşı, həmin borca görə dörd mənzilini girov verib: “Bütün sənədləşmələr rəsmi aparılıb və bizdə bu barədə bütün sənədlər mövcuddur. Ancaq buna baxmayaraq, Rafael Cəbrayılov artıq beş ildir ki, borcumuzu qaytarmır, həm də girov olaraq bizə verdiyi mənzilləri sataraq, pulumuzu götürməyimizə mane olur. Biz dəfələrlə sahib olduğumuz mənzillərə baş çəkmək istədikdə, qarşımıza maneələr çıxarılır. Deputat seçiciləri kimi bizi də aldadır ki, iki günə borcunuz ödənəcək. Ancaq bu “iki günlər”in sonu gəlmir”.

Məlahət xanım deyir ki, “Rafael Cəbrayılov onun haqqında danışdıqda, bunun onun imicinə zərbə vurduğunu və bizim borcumuzu qaytara bilmədiyini bildirir. Bunun üçün hətta üç il öncə biz güzəşt etdik. Onun istəyi ilə bütün borc faizlərini sildik, açıqlama da verdik ki, imici düzəlsin və bu imicidüzəlmiş borcumuzu ödəsin. Ancaq altı ay içərisində borcumuzu ödəyəcəyinə söz verən Rafael Cəbrayılov növbəti dəfə bizi aldatdı. Deputatın o böyük məbləğin qarşısında bizə ödədiyi borcun faizinin belə onda biri deyil. Biz borca qarşılıq olaraq o mənzilləri istəyirik. Ancaq bəlli olur ki, o mənzilləri də başqasına satıb”.

Xanım Qurbanovanın sözlərinə görə, deputatın qurbanlarının sayı o hesab etdiyindən də çoxdur: “Mən öncə aldadılanların mən və “Nikoil” bankdan ibarət olduğunu düşünürdüm. Ancaq bu barədə açıqlama verdikdən sonra onlarla insan mənə müraciət edərək, Rafael Cəbrayılov və qardaşları tərəfindən aldadıldıqlarını bildirdilər. Yəni, cənab Prezident bütün çıxışlarında məmurları iş adamlarına dəstək olmağa, vətəndaşları incitməməyə çağırır. Özünü hakim partiyanın müdafiəçisi kimi göstərən Cəbrayılov isə bu hərəkəti ilə Orduxanların dəyirmanlarına su tökür”.

M.Qurbanova bildirib ki, “Binəqədi Gənclər Şəhərciyi”ndəki XXI bina 42, 43, 68 və 78-ci mənzilləri və borcumu geri almaq üçün hüquqi müstəvidə də mübarizəyə başlayacağam. Prezident Adminstrasiyasına, Milli Məclisə və bütün müvafiq qurumlara müraciət edəcəyəm, əlimdəki sənədləri təqdim edəcəyəm ki, deputat nişanı gəzdirən bu şəxsin əməllərindən xəbərdar olsunlar. Qoy gələn seçkilərdə bu kimi tiplərin Milli Məclisin reputasiyasını korlamasına imkan verməsinlər”.

Xatırladaq ki, deputat əvvəllər bu borcu inkar edirdi. Görəsən, bütün sənədlər ortaya çıxarıldıqda, Cəbrayılovun mövqeyi necə olacaq? Yenə trolları vasitəsi ilə rəsmi sənədləri təkzib edəcək, yoxsa hüququnu pozduğu vətəndaşları növbəti dəfə aldatmağa cəhd edəcək?(yenicag.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar