2018-ci ildə ABŞ-ın dövlət borcunun artım tempi 2012-ci ildən bəri ən yüksək həddə ola bilər
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.
Məqalədə qeyd olunub ki, Donald Trampın ABŞ-a rəhbərlik etdiyi 2 il ərzində ölkənin dövlət borcu 1,9 trln. dollar artaraq 22 trln. dollara yaxınlaşıb. Bunun 1,36 trln. dollarlıq hissəsi 2018-ci ilin payına düşüb ki, bu da ilin əvvəli ilə müqayisədə dövlət borcunun 6,6% artması deməkdir.
Proqnozlara görə, D.Trampın ABŞ prezidenti olacağı müddətdə dövlət borcu ümumilikdə 4,4 trln. dollar artacaq.
pia.az