Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada etirazlar: polis gözyaşardıcı qaza əl atdı

Parisdə Yelisey prospektində "sarı jilet"lilər növbəti aksiyası davam edir

Yerli KİV-in yazdığına götrə, Zəfər tağının ətrafına yüzlərlə insan toplaşıb. Polis onları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bundan sonra etirazçılar Yelisey sarayına doğru gediblər. Burada da ərazi polis tərəfindən mühasirəyə alınıb.

* * *

Fransada “Sarı jiletlilər”in beşinci şənbə aksiyası başlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, aksiyaçılar ölkənin əyalətlərində yolları bağlayıblar.

Bir aydır davam edən etiraz aksiyalarında ümumilikdə beş nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.

Xatırladaq ki, Fransada yanacağın qiymətinin artmasına qarşı noyabrın 17-də başlayan kütləvi aksiyalara sonradan digər sosial etirazlar da əlavə olunub.

Onu da qeyd edək ki, Fransanın güc strukturları “sarı jiletlilər”in kütləvi etirazları başlamazdan öncə, artıq səhər satlarından etibarən 25 nəfəri həbs ediblər.

“Cnews” telekanalı xəbər verir ki, onlardan 10-u Parisin yerləşdiyi İl-de-Frans regionunda, digərləri isə paytaxtətrafı dairələrdə aksiya öncəsi yoxlanışlar zamanı saxlanılıb.

Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib ki, gün ərzində Parisin vağzallarında ilkin yoxlanış aparılacaq. Artıq polis zirehli texnika və 2 metr hündürlüyündəki baraj hasarlarla Parisin mərkəzindəki Yelisey sarayına girişi bağlayıb. “Sarı jiletlilər” isə aksiya üçün Parisin mərkəzinə doğru toplanmağa başlayıblar.

* * *

Brüsseldə səfərdə olan Fransa prezidenti Emmanuel Makron keçirdiyi mətbuat-konfransında “sarı jiletlilər”in bu gün kütləvi etiraz aksiyalarını davam etdirmələrinə münasibət bildirib.

Azvision.az xəbər verir ki, Makron hazırda Fransanın sakitliyə ehtiyac duyduğunu xatırladaraq, əhalini etirazlara qoşulmamağa çağırıb.

“Düşünürəm ki, bu gün bizim ölkəmiz sakitlik və nizam-intizama, normal yaşam fəaliyyətinin bərpasına ehtiyac duyur” , - deyə Fransa prezidenti bəyan edib.

Fransanın daxili işlər naziri Kristof Kastaner də öz növbəsində “sarı jiletlilər”ə xəbərdarlıq edərək, Strasburqdakı atışmadan sonra mümkün terror aktı təhlükəsinə qarşı aksiyalarda “ağıllı davranmağı” məsləhət görüb.

Qeyd edək ki, bu gün “sarı jiletlilər” Fransada növbəti kütləvi etiraz aksiyaları keçirəcəklər. Etirazlarla əlaqədar paytaxt Parisin mərkəzində 40 metro stansiyası, həmçinin, şəhərətrafı bir neçə sürət qatarı stansiyaları bağlanıb. Parisin nəqliyyat idarəsi yerüstü nəqliyyat vasitələri və hava limanı ekspresslərinin hərəkətində ciddi pozuntular olacağı ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzin qiymətlərinin artmasına qarşı çıxaraq etiraz aksiyası keçirirlər. Artıq “sarı jiletlilər”in aksiyalarına Fransa cəmiyyətinin müxtəlif təbəqələri, hətta polis işçilərinin həmkarlar ittifaqı da qoşulub. Yeni tələblərə isə sosial xərclərin və ilkin tələbat məhsullarının qiymətinin azaldılması, vergilərin artırılmasının tamamən dayandırılması, yüksək vəzifəli məmurların bütün gəlirlərinin, maaşlarının, imtiyazlarının, hazırkı və gələcək pensiyalarının əhəmiyyətli dərəcədə azaldılması və hətta prezident Emmanuel Makronun istefası daxildir.

pia.az


Etiket: Fransa etirazlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar