Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti Qazaxıstanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb

Təbrik mətnində deyilir: 

"Hörmətli Nursultan Abişeviç,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Qazaxıstan müstəqillik illərində hərtərəfli və sabit inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi tərəqqisi, xalqın rifahının yaxşılaşdırılması sahəsində mühüm uğurlar qazanmışdır. Ölkəniz beynəlxalq və regional təşkilatlarda fəal rola və nüfuza malikdir.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bundan sonra da ortaq tarixi köklərə, milli, mənəvi dəyərlərə malik xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Nursultan Abişeviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".(report)

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar