Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kriminal keçmişi olan dini radikallar Avropanın əsl bəlasına çevrilib

Strasburqda terror aktını törədən dini radikalçının kriminal keçmişi olub

İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin yazarı Kristian Vaysfloqun fikrincə, bunun özünü təsadüf saymaq olmaz. Çünki özlərini cihadçı deyə qələmə verənlər tərəfdarlarınıı ən çox cinayətkarlaırn arasında tapmağa çalışır.

Qəzet fransız polisinin hadisəni ilk vaxtlarda terror aktı olaraq təqdim etməyə tələsmədiyini qeyd edir. Çünki şübhəli şəxs bundan öncə 27 məhkəmə hökmü ilə məsuliyyətə cəlb olunan, habelə polis tərəfindən bank soyğununa görə aranan cinayətkarlardan biri olub.

Müəllif kriminal maxxinasiyalarla terror fəaliyyəti arasında bağlantının yeni bir şey olmadığını qeyd edir.

“Çar Rusiyasından bolşeviklər, Veymar Almaniyasında Millətçi sosialistlər öz mübarizələrinin maliyyələşməsini bankları qarət etməklə təmin edirdilər. “Cihadçılar” isə daha da irəli gedərək cinayətkar dairələrə daxil olub burada özləri üçün döyüşçü və tərəfdarlar əldə edirlər. Məsələn, Suriyaİraqa gedən hər iki “cihadçı”dan biri kriminaı qaranlıq keçmişə malik adamlar olub.

London Krallıq kollecinin terrorizm üzrə eksperti Peter Noymana görə, canilərlə dini radikalçılar arasında əlaqə qarşılıqlı fayda kəsb edir. Dinçi ideologiya banditlərə günahlarınıı təmizlənəcəyi və gələcəkdəki cinayətlərin bağışlanacağı vədini verir, terror təşkilatları isə cinayətkarların sənədlərin saxtalaşdırılması və ya silahların saxlanması kimi təcrübələrindən yararlanırlar.

Vaysfloq dinçi ideoloqların Avropada əsasən həbsxanalarda tərəfdar toplamağa başladığını vurğulayıb. “Əsl təhlükə terrorzmlə bağlı olan məhkumların həbsxanalarda başqalarını da yoluxdurması ilə yarana bilər”-deyə müəllif bildirir.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar