Abşeronda evdən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Abşeron rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Qalib Baxşəliyev saxlanılıb.
pia.az