Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərsun Holding”in insan sağlamlığına zərər vuran məhsulları

Ötən həftə Rusiyanın Tomsk şəhərində Azərbaycandan ixrac edilən pomidorlarda ilk dəfə çox təhlükəli Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkarlanıb

Hansı ki, Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi pereparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Bu haqda “Rosselxoznadzor”un regional idarəsi məlumat yayıb.

“Tomsk vilayəti üzrə “Rosselxoznadzor”un regional idarəsi Azərbaycandan daxil olan qarantin altındakı yükə-təzə “çerri” pomidorlarına baxış zamanı təhlükəli qarantin obyekti-Cənubi Amerika pomidor güvəsi aşkarlanıb”-məlumatda deyilir.

Əlavə edilir ki, həmin məhsulun yoxlanılması zamanı təhlükəli zərərvericinin həyat qabiliyyətli süfrələri də aşkarlanıb.120 kiloqram pomidor Tomsk gömrüyünün əməkdaşları və yükün daxil olduğ “EvroLogistik” MMC şirkətinin nümayəndələrinin iştirakı ilə bərk məişət tullantıları poliqonunda məhv edilib.

Məlumatda deyilir ki, həmin pomidorun qida kimi istifadə edilməsi mümkün deyil, təhlükəlidir.

“Rosselxoznadzor” təhlükəli zərərvericilərin aşkarlandığı pomidorların məhv edilməsinə dair görüntüləri də yayıb. Belə məlum olur ki, həmin məhsul Azərbaycanda “Gözəl Təbiət” MMC adlı müəssisənin “Green Tech” istixanalarında istehsal olunub.

Qeyd edək ki, “Gözəl Təbiət” MMC Azərbaycanın iri kənd təsərrüfatı və ərzaq istehsalçısı “Azərsun Holding”in tərkibinə daxildir. Bu baxımdan, ölkəmizdə ən nəhəng qida təminatı şirkətlərindən biri olan “Azərsun Holding”in fəaliyyəti vətəndaşlarımız arasında ciddi narahatçılığa səbəb olub. Belə iddialar var ki, xarici bazara çıxardığı “ən keyfiyyətli” məhsulu insan sağlamlığı üçün bu qədər zərərlidirsə, ölkədə satılan malların keyfiyyətindən danışmaq yersiz olar.

Redaksiyamıza müraciət edən vətəndaşlarımızın bu haqlı narazılığından sonra “Hürriyyət” olaraq “Azərsun Holding” şirkətinin istehsal etdiyi məhsullar və onların keyfiyyəti ilə bağlı geniş araşdırmalara başlamışıq. Yaxın günlərdə bu haqda oxucularımıza ətraflı məlumat verəcəyik.

Mənbə: Hürriyyət

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar