Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parisi sabah 8 min polis qoruyacaq

Paris Polis İdarəsinin rəisi Mişel Delpuech RTL radiosuna verdiyi açıqlamada sabah "sarı jiletli"lərin ölkə daxilində keçirəcəyi mitinqə dair fikirlərini bölüşüb

O, sabahkı aksiyada 8 min polisin iştirak edəcəyini vurğulayıb.

Rəis ən pis vəziyyətə qarşı hazırlaşdıqlarını və buna görə təhlükəsizlik tədbirləri aldıqlarını bildirib.

Onun sözlərinə görə, keçən həftə keçirilən aksiyada təhlükəsizlik baxımından yaxşı hazırlaşmalarına baxmayaraq bəzi xoşagəlməz hadisələr baş verib, hazırda bunların təkrarlanmaması üçün işlər görürlər.

M. Delpuech sabah Parisi 8 min polis ilə 14 zirehli maşının qoruyacağını, ölkə daxilində keçən həftəki kimi təhlükəsizlik tədbirlərinin oxşarının tətbiq olunacağını deyib: “Keçən aksiyada ölkə daxilində 89 min polis iş başında idi. Parisi isə 8 min polis qoruyurdu”.

"Sarı jiletli"lər hökumətin aksiyanın ləğv olunmasına dair göstərişinə və prezident Emmanuel Makronun açıqlamalarına baxmayaraq sabah ölkə daxilində hərəkət edəcəklərini bildiriblər.

Fransa hökumətinin sözcüsü Benjamin Griveaux da çərşənbə axşamı Strasburqda keçirilən silahlı hücumdan sonra "sarı jiletli”lərdən şənbə günü yeni bir aksiya keçirməməyi istəmişdi.

Xatırladaq ki, Fransada yanacağın qiymətinin artması və iqtisadi şəraitin pisləşməsinə reaksiya olaraq 17 noyabrdan başlayan, daha sonra Makron rəhbərliyinə qarşı qəzəbə çevrilən "sarı jiletli”lərin aksiyaları ölkədə son illərin ən şiddətli etirazı halına gəlib.

Şəhər mərkəzlərindəki ev icarələrinin yüksək olmasına görə, şəhərkənarı bölgələrdə yaşayanlar Makrondan iqtisadi şərtlərin yaxşılaşdırılmasını tələb edirlər.

Qeyd edək ki, aksiyalarda indiyə qədər 4 nəfər həyatını itirib, 4 min 99 nəfər saxlanılıb, mindən çox adam isə yaralanıb.(Aznews.az)

pia.az


Etiket: Polis Paris

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar