Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell”dən sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri maraqlı onlayn müsabiqədə iştirak edib dəyərli hədiyyə qazanmağa dəvət edir

PİA.az xəbər verir ki, dekabrın 14-də “Bakcell”in “Facebook” və “Instagram”dakı rəsmi səhifələrində start götürmüş müsabiqəyə qatılacaq abunəçilər simsiz Apple “AirPods” qulaqcıqları, Xiaomi “power bank” və ya 100 AZN dəyərində hədiyyə kartına sahib olmaq şansını qazanacaqlar.

Müsabiqədə iştirak etmək üçün abunəçilər “Bakcell”in “Instagram”dakı müvafiq postunu, “Facebook”da isə səhifəsini və müvafiq postunu bəyənib http://bit.ly/daimonline linkində yerləşdirilmiş çərçivə ilə şelfi çəkməli və öz səhifəsində açıq şəkildə #DaimOnline heşteqi ilə paylaşmalıdır.

Çərçivə Facebook proqramı vasitəsilə açılır.

Qeyd edək ki, müsabiqədə yalnız “Bakcell” abunəçiləri iştirak edə bilər. Bağlı və saxta (feyk) profillərdən paylaşılan şəkillər nəzərə alınmayacaq. Müsabiqə 25.12.2018 tarixində saat 23:59-da bitəcək və qaliblər random.org saytı vasitəsilə şərtlərə əməl etmiş iştirakçılar arasından seçilərək 26.12.2018 tarixində elan olunacaq.

Müsabiqə haqqında daha ətraflı məlumat “Bakcell”in rəsmi “Facebook” və “Instagram” səhifələrində yerləşdirilib.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası əhalinin bütün təbəqələrinin tələb və ehtiyacları nəzərə alınmaqla dünyanın aparıcı şirkətlərinin və yerli bazarın tələblərinə əsaslanır.

pia.az

 

 

 

 

 


Etiket: Bakcell

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar