Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General: “Azərbaycan ilə sərhəd ərazilər İranın ən təhlükəsiz bölgələridir”

Azərbaycan ilə sərhəd ərazilər İranın ən təhlükəsiz bölgələridir

Bu sözləri İranın Sərhəd Qoşunları Komandanı general Qasem Rezayi deyib.

Azərbaycana etdiyi səfərin yekunları haqqında mətbuata məlumat verən general bildirib ki, tərəflər arasında çox uğurlu danışıqlar aparılıb. Hər iki xalqın eyni tarixi köklərə bağlı olması, dininin və adət-ənənələrinin eyni olması dövlətlərin yaxın əməkdaşlığını şərtləndirir. Azərbaycan ilə İran arasında qarşılıqlı əlaqələr inkişaf edir. Bu əlaqələrin inkişafında sərhədçilərin də böyük rolu var. Təhlükəsizliyin təmin olunması, narkotik vasitələrin qaçaqmalçılığının və qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində birgə səylərimizi davam etdirəcəyik. Heç bir tərəf iki qonşu və dost ölkənin münasibətlərini poza bilməz.

General bildirib ki, Azərbaycanİran prezidentləri əlaqələrin inkişaf etdirilməsi istiqamətində çox uğurlu addımlar atıblar. Dövlət rəhbərlərinin siyasətini sərhədçilər də davam etdirir.

Bakıda keçirdiyi görüşləri yüksək dəyərləndirən general nəzərə çatdırıb ki, danışıqlar zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb və yaxşı nəticələr əldə olunub.

Qeyd olunub ki, gələn il Novruz bayramını Azərbaycanİran sərhədçiləri birlikdə qeyd edəcəklər. Bu da iki dövlət arasındakı həmrəyliyin nümayişi olacaq.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar