Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XIII əsrə aid Əhmədalılar türbəsinin bərpası üçün nazirə müraciət edildi

Dekabrın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev Hacıqabuldakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı, Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, qəbulda Şirvan şəhərindən gəlmiş sakinlər uşaq musiqi məktəbinə yeni dərs vəsaitlərinin, vətənpərvərlik mövzusunda yazılmış əsərlərin notlarının verilməsi, digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Sabirabad rayonundan qəbula yazılan vətəndaşların müraciətləri dövlət teatrlarında istifadə olunmayan səhnə geyimlərinin rayon klub müəssisələrinə verilməsi, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatlarının müasir üslubda qurulması barədə olub.

Hacıqabul sakinləri uşaq musiqi məktəbinin gənc kadrları üçün ustad dərslərinin keçirilməsi, Kürdəmir sakinləri isə rayonun Şahbəyli kəndi ərazisində yerləşən "Sarıtəpə" abidəsinin dövlət qeydiyyatına alınması barədə nazirə müraciət ediblər.

Beyləqan rayonunun I Şahsevən kəndində yerləşən Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev-muzeyinə fəaliyyəti qənaətbəxş olmayan klub müəssisələrinin maliyyəsi hesabına ştatların verilməsi, Xocavənd rayonunun kənd kitabxanalarının internet şəbəkəsi ilə təmin olunması barədə xahişlər də səsləndirilib.

İmişli rayonundan vətəndaşlar Qızıltəpə yaşayış yerində arxeoloji işlərin aparılması, Füzuli rayonunun sakinləri rayon ərazisində olan XIII əsrə aid Əhmədalılar türbəsinin bərpa olunması və ərazidə arxeoloji işlərin aparılması barədə müraciət ediblər.

Saatlı rayonundan qəbula yazılmış vətəndaşlar isə rayon ərazisində olan klub, kitabxana və digər mədəniyyət müəssisələrinin regional mədəniyyət idarəsinin balansına keçirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini çatdırıblar.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar