Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnsanlarımız inkişafdan geri qalırlar” – Bakını çirkləyən şəhər sakinləri – Video

Günü-gündən gözəlləşən, müasirləşən və turistlərin axın etdiyi şəhərimizdə bəzən xoşagəlməz anlar yaşanır. Bunu edənlər isə elə paytaxtın öz sakinləridir

Sakinlərin bəziləri zibili eyvandan birbaşa yerə atırlar. Bu isə həm sənə, həm də sənə məxsus əmlaka çox ciddi ziyan vura bilər.

ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sonuncu belə bir hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində baş verib. Avtomobilini binanın həyətində saxlayan sürücü bir neçə saat sonra gözlənilməz hadisə ilə qarşılaşıb. Binanın eyvanından içi tullantılarla dolu sellofan torba avtomobilin üzərinə atılıb. Nəticədə maşının arxa şüşəsi sınaraq yararsız hala düşüb.

Sakin: “Gərək hərə özünə hörmət qoysun. Özünün yaxını da keçə bilər ordan”.

Sakin: “Etika qaydalarından kənara çıxırlar. Kobud desək qanacaqsızlıqdır”.

Aydınxan Əbilov – Kulturoloq: “Bu tipli hadisələrlə rastlaşırıq ki, 16-cı mərtəbədən məişət tullantılarını bir başa ya insanların üstünə, ya da maşınların üstünə atırlar. Bəzən çay dəmləyirlər o dəmin qalıqlarını belə yuxarıdan aşağı atırlar. Bakı dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. Amma insanlarımız sanki bu inkişafdan çox geri qalırlar”.

Dünyanın bəzi ölkələrində şəhəri zibilliyən, zibili eyvandan atanları ictimai qınaq məqsədilə küçədə gəzdirirlər, adamlara göstərirlər. Avropa ölkələrində müxtəlif miqdarda cərimələr tətbiq edilir. Ekspertlər ölkəmizdə də belə metodlardan istifadəni zəruri sayır.

Aydınxan Əbilov – Kulturoloq: “Yalnız və yalnız cərimələri artırmaq, ictimai qınağı gücləndirmək lazımdır. Eyni zamanda insanların özləri qonşuya, o zibilləri atan şəxslərə bir nəzarət edib, onlarla bağlı aidiyatı dövlət qurumlarına şikayət etməlidir".

Belə hallarda dəyən ziyana görə, sığorta məsələsi də gündəmə gəlir. Sığorta mütəxəsisləri insanlara əmlaklarını bazar dəyərində sığortalatdırmağı məsləhət görür. Zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarına müraciət edib, ona dəyən ziyanın ödənilməsini tələb edə bilər.

Bir sözlə, özümüzə bir az əziyyət verib, zibili eyvandan yox, zibil qutusuna ataq ki, artıq xərcə düşməyək. Bu həm də, bizim mədəniyyətimizin göstəricisidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar