Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusunda yeni komanda idarəetmə məntəqəsi istifadəyə verildi

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti nazirliyin baş idarələrindən birinin istifadəyə verilən komanda idarəetmə məntəqəsinin açılışında iştirak ediblər

Bu barədə Müdafiə Nazirliyinin saytı xəbər yayıb.

Müdafiə nazirinə hərbi obyektin təyinatı və fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, komanda məntəqəsi tabelikdə olan bölmələrin operativ idarə olunması və qərarların qəbul edilməsi üçün yuxarı komandanlığa məruzələrin hazırlanmasını həyata keçirir.

İdarəetmə məntəqəsinin bütün xidməti və inzibati otaqları yeni texniki avadanlıqla təchiz edilib, mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib, asfalt örtüyü salınıb, habelə binaya mərkəzləşdirilmiş istilik sistemi, elektrik, su və qaz xətti çəkilib.

Müdafiə naziri bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunması məsələsinin daim diqqət mərkəzində saxlanılmasını bir daha xatırladaraq məntəqənin imkanlarının genişləndirilməsi ilə əlaqədar müvafiq göstərişlər verib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar