Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qapalı danışıqların sirri açıldı - Ermənistandan işğal olunmuş əraziləri qaytarmaq istənilib4

Belarus prezidenti Aeksandr Lukaşenko ilk dəfə olaraq Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana və Azərbaycana özü tərəfindən edilmiş təklifləri açıqlayıb

Strateq.az İnterfaks-a istindən bildirir ki, bu barədə Lukaşenko rus KİV-ləri ilə görüşü zamanı bildirib. Məlumatı BELTA agentliyi yayıb.

Prezident deyib ki, Qarabağ məsələsi KTMT-nin Yerevanda keçirlimiş sammitində o zamankı prezident Serj Sərkisyanla müzakirə edilib. Belarus lideri AzərbaycanErmənistan prezidentlərini güzəştlərə gedərək bir yerdə problemi həll etməyə çağırıb.

Bu zaman Belarus və Rusiya razılaşdırılmış qarantları təmin etmək üçün hərbi kontingenti yeritməyi vəd edib: “Sonra daha açıq dedim: “Qulaq as, onlar demişkən, 7 rayonu işğal etmisiniz. Mən və Putin tarazlaşdırılmış mövqe tutumuşuq. Serj, bu 5 rayonu qaytar. Onların qaytarmamağın səbəbi nədir? Boş ərazilərdir. Serj deyir: əgər o rayonları qaytarsam azərbaycanlılar yolu bağlayacaqlar və Qarabağı tutacaqlar… Mən və Putin dəqiq vəd etdik ki, biz öz ordularmızı yeridəcəyik, buna imkan vermərik… O dedi: Yox, biz buna getməyəcəyik, istəmirik…”

Lukaşenkonun sözlərinə görə, Sərksiyanın mövqeyi onda böyük təəccüb doğurub: “Niyə istəmirlər? 5 rayon boş əraziyə çevrilib. Bu birinci addımdır. O zaman Azərbaycan da , Ermənistan da KTMT-də, Avrasiya İttifaqında olardı. Niyə ermənilər imtina elədilər? Yaxşı, Belarus və Rusiya qarant kimi çıxış edirdilər, deyirdik ki, əgər bu beş rayon azad edilsə orada heç bir müharibə olmayacaq. Siz bu rayonların Azərbaycana aid olduğunu deyirsiniz. Bu ərazi axı Qarabağ deyil”.

Lukaşenko münaqişənin sülh yolu ilə həllinin vacib olduğunu qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar