Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib

Dövlət başçısı, ilk növbədə, Ankarada dəmir yolu qəzası nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu qeyd edib, 2018-ci ilin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından çox məhsuldar il olduğunu deyib. Özünün Türkiyəyə çoxsaylı səfərlərinə və eləcə də Türkiyə Prezidentinin Azərbaycana səfərlərinə toxunan dövlət başçısı bildirib ki, birgə iştirak etdiyimiz layihələrin açılışları, Azərbaycanla Türkiyənin təşkil etdiyi hərbi parad və digər önəmli hadisələr birliyimizi bütün dünyaya nümayiş etdirdi. Birgə həyata keçirilən layihələrdən danışan Prezident İlham Əliyev TANAP, TAP, Bakı-Tbilisi-Qars və eləcə də digər layihələrin dünya üçün böyük əhəmiyyət daşıdığını və ölkələrimizin bütün məsələlərlə bağlı bir-birini dəstəklədiyini deyib. Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində Türkiyənin hər zaman birmənalı şəkildə Azərbaycanın yanında olduğunu və Türkiyənin bu məsələ ilə bağlı verdiyi son açıqlamaları məmnunluq hissi ilə qeyd etib, qardaş ölkənin bu mövqeyinə görə minnətdarlığını bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qəbula və başsağlığına görə dövlət başçısına minnətdarlığını bildirib. Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.

Türkiyəli nazir qeyd edib ki, qardaş AzərbaycanAzərbaycanın lideri Prezident İlham Əliyev hər zaman Türkiyənin yanında olub və Türkiyə də eyni şəkildə həmişə Azərbaycanın yanındadır. Mövlud Çavuşoğlu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasına toxunaraq bu tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təbriklərini çatdırıb. O, Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini məmnunluqla qeyd edib. Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan və Türkiyə dövlətləri başçılarının səmimi dostluğu və qardaşlığı, onların verdiyi tapşırıqlar sayəsində iki ölkənin Xarici İşlər nazirlikləri sıx qarşılıqlı fəaliyyət göstərirlər. O, eyni zamanda, ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin önəmini qeyd edib və qarşıda bir çox görüləsi mühüm işlərin olduğunu deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli ilə bağlı Türkiyənin bundan sonra da güclü dəstək verəcəyini qeyd edib.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib

***

 Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar