Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiya Dağlıq Qarabağ məsələsində razılaşmaya nail olunması üçün əlindən gələni edəcək"

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların davam etdirilməsinə səmimi tərəfdardır

Bunu Bakıda jurnalistlərlə görüşü zamanı Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov deyib.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə "uzun və ətraflı" söhbət" etdiklərini diqqətə çatdıran rusiyalı nazir Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların davam etdirilməsinə səmimi tərəfdar olduğunu vurğulayıb.

"Azərbaycanın və Ermənistanın yaxın tərəfdaşı, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya razılaşmalara nail olunması üçün əlindən gələni edəcək. Məsələnin həllinə bünövrə yaratmağa kömək edəcək kreativ fikirlər tapmağa çalışacağıq", - nazir qeyd edib.

Rusiya xarici işlər naziri həmçinin Ermənistandakı seçkilərdən sonra yeni yaradılacaq höklumətin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəal təmaslara davam etməyə hazır olacağına ümidvarlığını da bildirib.(report)

pia.az


Etiket: Lavrov Qarabağ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar