Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin müşaviri Azərbaycanı Rusiya ilə alverdə dollardan imtina etməyə çağırdı

Rusiya prezidentinin müşaviri Sergey Qlazev Azərbaycanı Rusiya ilə ticarətdə dollardan imtina etməyə çağırıb

Qlazev haqqin.az saytının əməkdaşına bildirib ki, Amerika valyutası dünya üçün çox təhlükəli olub və Vaşinqton ondan xoşu gəlməyən ölkələrə qarşı silah kimi istifadə edir.

“Çoxları hesab edir ki, ABŞ-ın öz valyutasının xüsusi statusuna görə “hədsiz üstünlükləri” var. Bu da ona gətirib çıxarıb ki, Vaşinqton öz geosiyasi rəqiblərinə qarşı dolların güclü tərəflərini tətbiq edir”-Qlazev deyib.

Vladimir Putinin müşavirinin fikrincə bu gün dollar Rusiya ilə Azərbaycan , o cümlədən digər MDB ölkələri arasında qarşılıqlı alış-verişdə tamamilə qeyri-məqbul valyutadır və ondan imtina etmək lazımdır.

“Dollar təhlükəli valyutaya çevrilib. Bizim partnyorlarımızla münasibətlərdə dollardan istənilən istifadə siyasi risklər yaradır”-S.Qlazev deyib.

Bununla belə akademik Qlazev hesab edir ki, dollardan mərhələli şəkildə imtina 10-15 il çəkə bilər. Həmin vaxta qədər isə ABŞ öz hədəflərinə çatmaq üçün dollardan maksimum istifadə etməyə çalışacaq.

“Dollar hamı üçün hələ uzun müddət problem olaraq qalacaq. Artıq dollar oyununun və Amerikanın başqa dövlətlərin hesabına varlanmasının sonu görünür. Lakin hələlik ABŞ dollardan silah kimi istifadə etməkdə davam edəcək”-Rusiya prezidentinin müşaviri bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar