Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Salahovun oğurlanmış əsəri lombardda tapıldı

Tanınmış rəssam Aydan Salahova atası, SSRİ xalq rəssamı Tahir Salahovun oğurlanmış əsərini lombardda tapıb

Bununla bağlı Aydan Salahova “Facebook” hesabında məlumat verib.

Onun sözlərinə görə, əsərləri Salahovun keçmiş şəxsi asistenti və yaxın dostu Mayk Xoukmen oğurlayıb.

“Yaxın dostundan əsərləri satmaq adı ilə götürüb. İki il və daha çox müddətində həmin rəsmi və ya onun pulunu necə qaytarmamaq olar?! Sonra isə onu dəyər-dəyməzinə satıb. Bəzilərini isə dəyərindən aşağı qiymətə lombarda təqdim edib”, - Salahova bildirib.

O əlavə edib ki, Xoukmen nəinki onu, eyni zamanda, digər məşhur rəssamları aldadıb. Xoukmendən pulları gözləməkdən yorulan Salahova və həmkarları hüquq-mühafizə orqanlarına müraciət edib.

Polisdə Xoukmen əsərləri verdiyi lombardın ünvanını açıqlayıb. Tapılan əsərlər arasında Tahir Salahovun “Palmalar – Tormolinos. İspaniya” və “Gecə palmaları – Benalmaden-Kosta” əsərləri də olub.

Qeyd edək ki, bu, Xoukmenin ilk dələduzluğu deyil. 2015-ci ildə rusiyalı rəssam Vladimir Burakovskinin “Neokonçennıy pasyans” əsərini satmaq adı ilə rəssamın nəvəsi Mariyadan alıb və geri qaytarmayıb. O, əsəri itirdiyini bildirib.

Bundan sonra Mariya Burakovskaya məhkəməyə müraciət edib. Məhkəmənin qərarı ilə Xoukmen üç il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və 500 min rubl (12 min 800 AZN) məbləğində cərimə ödəməli olub.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar