Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika ilə Çin ölüm -qalım savaşında - Birləşmiş Ştatların məğlubiyyəti qaçılmazdı

Dünya süni intellektə təslim olur

Dünyanın sənaye baxımından inkişaf etmiş ölkələri arasında intellekt yarışı gedir. Hər bir ölkə bu yarışda önə çıxmağa çalışır. İrəli çıxanlar dünyada söz sahibinə çevrilir. Bu yazıda intellekt yarışının ən qabaqcıl sahələrindən biri haqqında-süni intellekt sahəsində baş verən ilginc məqamlara diqqət çəkməyə çalışacağıq.

Süni intellektin bəşəriyyətin bugünü və gələcəyində oynayacağı rol haqqında Rusiya prezidenti Vladimir Putinin zərb-məsələ çevrilmiş aşağıdakı fikrinə diqqət edin: "Hansı ölkə süni intellekt sahəsində liderə çevrilsə, dünyanı məhz o dövlət idarə edəcək". Prezident bu sözləri tələbələr qarşısında çıxışı zamanı demişdi və bu çıxış Qərb mediasında geniş rezonans doğurdu.

Bu məsələyə Azərbaycanda da xüsusi maraq var. Oktyabr ayında prezident İlham Əliyev İmişli rayonunda olarkən robot “Sofiya” ilə söhbət etdi. Süni intellekt sahibi ilə ölkə başçısının söhbəti Azərbaycan TV-ləri tərəfindən yayımlandı və maraqla qarşılandı. Qeyd edim ki, robotexnika sahəsi və süni intellek elmi bir-biri ilə sıx əlaqədardır. Robotexnika süni intellektdən istifadə edib intellektual robotları yaratmağa çalışır. Elə robot “Sofiya” da süni intellektin daşıyıcısıdır.

"Süni intellekt" ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni intellekti "maşınları intellektual etmək elmi və mühəndisliyi" adlandırıb. İllər keçdikcə bu sahəyə maraq güclənib. İndi isə bu maraq bütün yüksəklikləri ələ keçirə-keçirə irəliləyir.

Bilənlər bilir ki, ABŞ-la Çin arasında təkcə ticarət müharibəsi getmir. Süni intellekt sahəsindəki savaş daha amansızdır. "Forbes" jurnalı bu mövzunu təhlil edərkən qeyd edir ki, Texnologiya Müharibəsində ABŞ tədricən Çinə uduzur. Bu iddianı əsaslandırmaq üçün jurnal ortaya xeyli sanballı arqument qoyur. İlk olaraq qeyd olunur ki, Amerikanın siyasi elitasında yer alan heç bir siyasətçi süni intellekt müharibəsi haqqında bir kəlmə tutarlı söz deməyib. Bu məsələ siyasi dairələrdə prioritet deyil. Belə önəmli sahədən bixəbər adamların idarə etdiyi ölkə təbii ki, süni intellekt savaşını uduzmalıdır.

Vera Linn Jamieson

Süni intellekt yeni rəqəmsal silahdır. Bu silahı elə Amerikanın Müdafiə Nazirliyi on illər əvvəl ortaya qoyub. Amerikalı xanım general Vera Linn Jamieson bu məsələ ilə bağlı deyir: "Bizim hesablamaya görə, 2017-ci ildə Çin süni intellektlə bağlı araşdırmalara 12 milyard dollar xərcləyib. Biz onu da hesablamışıq ki, Çin 2020-ci ildə bu göstəricini ən azı 70 milyard dollara qaldıracaq".

Fakt budur ki, Çində süni intellektlə bağlı araşdırmaları özündə əks etdirən elmi məqalələr amerikalı araşdırmaçıları kölgədə qoyub. 2030-cu ildə Çinin Amerikaya qarşı apardığı süni intellekt müharibəsini udacağı və dünya liderinə çevriləcəyi qaçılmazdır. Həmin vaxta kimi Çin bu səhənin inkişafına 150 milyard dollar ayıracaq.

Bu sahənin usta yazarlarından olan Tristan Greene qeyd edir ki, Donald Tramp süni intellektin inkişafına zərrə qədər maraq göstərmir. Konqres də bu işə biganədir. Çin rəhbəri Xi Jinping isə öz ölkəsinin bu sahədə irəliləməsi üçün mümkün olmayanı belə etməyə çalışır.

"Forbes" bildirir ki, Amerikanın hər bir ştatında süni intellektlə məşğul olan mərkəzlər olmalıdır. Bu sahəyə qrant ayrılmalıdır, riyaziyyatçıların və komüter elminin inkişafı Amerikanın gündəmində dominant mövzuya çevrilməlidir.

Silikon Vadisi (Silicon Valley) - quzey Kaliforniyada San-Fransisko ilə San-Xose arasında yerləşir. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada məskunlaşıb. Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri James Mattis prezident Trampa xəbərdarlıq edib ki, ABŞ Çinin sünni intilektlə bağlı ambisiyalarının qarşısını almalıdır. Bunun üçün isə Ağ Ev Amerikanın texnologiya mərkəzi sayılan Silikon Vadisi ilə ilişkiləri gücləndirməlidir. Çənab Tramp isə tam əksini edir. O, Silikon Vadisində xüsusi çəkiyə malik Amazon, Google və Twitter-lə xoşagəlməz münasibətdədir.

Burada maraqlı olan daha bir məqama diqqət edək. "McKinsey Global Institute"-nin hesabatında deyilir ki, 2016-ci ildə Amerikanın özəl sektoru süni intellektlə bağlı araşdırmalara 15 milyard dollarla 23 milyard dollar arsı vəsait xərcləyib. Eyni işə isə ABŞ hökuməti 10 dəfə az vəsait ayırıb. Google və Microsoft bu sahədə xüsusi fəallığı ilə seçilib.

Silikon Vadisində xüsusi nüfuzu olan alim Vivek Wadhwa Çinin bu məsələyə münasibətini belə xarakterizə edir: "Çin hökuməti dünyanın dörd tərəfində olan istedadlı adamları bu işə cəlb edib. Nəticə belədir ki, texniki sahə Çin hökumətinin bütün sifarişlərini artıqlaması ilə yerinə yetirir, ortada qarşılıqlı anlaşma və əməkdaşlıq var. Bir tərəf o biri təfəsiz mövcud ola bilməz".

Oksford Universitetinin professoru Jeffrey Ding isə deyir ki, Çin süni intellektin inkişafına dünya dövlətləri arasında hamıdan çox vəsait ayırır.

Ümumiyyətlə götürsək süni intellekt hesabına dünyanın sahibinə çevrilmək ideyası ABŞ-a məxsusdur. Ancaq Çin bu ideyanı Amerikadan götürərək özününküləşdirmək istəyir. İstəyir ki, bu yolla ABŞ-ın dünyadakı hegemon roluna bir dəfəlik son qoysun.

Google-nin Çindəki keçmiş şefi Lee Kai-Fu xəbərdarlıq edirdi: "Süni intellekt hər şeyi kökündən dəyişəcək. Üzümüzə gələn süni intellekt inqilabınının mahiyyətini anlamayanların geridə qalma riski böyükdür".

O da maraqlıdır ki, Çinin belə uğur qazanmasında ABŞ və Böyük Britaniyanın təhsil müəssisələrinin rolu böyükdür. Orada təhsil alan çinli tələbələr geri döndükdən sonra ölkənin apardığı inqilabi texniki yüksəliş sektorunda ciddi uğurlar qazanırlar. Ümumiyyətlə, hazırda Amerika və Avropanın ən nüfuzli elmi mərkəzlərində daha çox asiyalılar təhsil alır. 15-20 il öncə isə yəhudilər bu məsələdə xeyli qabağa çıxmışdı...

Çinin süni intellekt üzrə eksperti Kai-Fu Lee deyir ki, Çində 1.39 milyard insan telefondan və internetdən istifadə edir. Bu isə o deməkdir ki, ABŞ və Hindistandan 3 dəfə irəlidəyik. Çin vətəndaşları alqı-satqı zamanı ödənişi əllərindəki telefon üzərindən həyata keçirirlər. Bu baxımdan isə biz amerikalılardan 50 dəfə qabaqdayıq.

Bəs digər ölkələr, Avropa Birliyi bu sahədə hansı səviyyədədir?

Yaponiya və Cənubi Koreya bu sahədə xeyli irəli gedib. Fransa, Britaniya və Almaniya da süni intellektin önəmini vaxtında duymuş ölkələrdi. Amma fakt budur ki, adıçəkilən ölkələrin süni intellektlə bağlı araşdırmalara ayırdığı vəsait toplam olaraq 2-3 milyard dollardan o yana keçmir. Bu isə bir daha o qənaəti təsdiqləyir ki, bu sahədə əsasən ABŞ və Çinin elmi mərkəzləri rəqabət aparır. Elə bu səbəbdən də bu yarışın qalibi onlardan biri olacaq. Bu yarışda Çin tədricən önə çıxmaqdadır...(musavat.com)

pia.az


Etiket: Süni intellekt

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar