Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir çox yazıçı və şairlər üzvlük haqqını ödəmir” - Yazıçılar Birliyinin sözçüsü

Azərbaycan Yazıçılar Birliyi (AYB) bu gün təkcə Azərbaycan Respublikasında deyil, həm də ölkədən kənarda yaşayan peşəkar yazıçı və şairlərin ən böyük təşkilatıdır

Yazıçı və şairlərin, tərcüməçilərin böyük ictimai təşkilatda birləşməsi ayrı-ayrılıqda hər bir üzv üçün müəyyən imtiyazlara da yol açır. Məsələn, AYB-nin şəxsi poliklinikası var ki, üzvlərin orada pulsuz müayinə və müalicə olunmaq şansı var. Eyni zamanda, yazarlara birliyin klubunda müxtəlif tədbirlər keçirmək şəraiti yaradılır. Bundan başqa, AYB hər il bir qrup yaşlı və gənc yazarı prezident təqaüdü ilə təmin edir.

Belə olan təqdirdə AYB üzvlərin üzvlük haqqı da gündəmə gəlir.

İddialara görə, Azərbaycan Yazıçılar Birliyinin elə üzvləri var ki, illərdir üzvlük haqqını ödəmir.

Modern.az saytı səslənən iddialara cavab almağa çalışıb.

Azərbaycan Yazıçılar Birliyininn mətbuat katibi Xəyal Rza sayta açıqlamasında mövcud faktın olduğunu təsdiqləyib:

"Hazırda Azərbaycan Yazıçılar Birliyinin 2 minə yaxın üzvü var. Yazıçılar Birliyinin illik üzvlük haqqı 2016-cı ilə qədər 10 manat idi. 2016-cı ildən başlayaraq isə illik 15 manat müəyyənləşdirilib. Təəssüf ki, üzvlər arasında üzvlük haqqının ödənilməməsi faktı da mövcuddur. Deyə bilərəm ki, bir çox yazıçı və şairlər illərdir üzvlük haqqını ödəmir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar