Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada 250-dən artıq jurnalist həbsdədir

Türkiyə, Çin və Misirin adı ilk üçlükdə çəkilir

“Artıq 3 ildir dünyada 251 və daha artıq jurnalist həbsdədir. Bu, tənqidi xəbər işinə avtoritar yanaşmanın heç də müvəqqəti olmadığını göstərir”.

Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəs (CPJ) bildirir ki, ötən il Çin, Misir və Səudiyyə Ərəbistanı daha çox jurnalisti həbsə atdırıb, Türkiyə isə dünyada ən çox jurnalist həbs edən ölkə olaraq qalır.

Artıq üçüncü ildir Çində, Misirdə və Səudiyyə Ərəbistanında yeni repressiya dalğası mətbuat azadlığına təzyiqlərdə özünü göstərib. CPJ bu hesablamanı aparandan son üç ildə həbsə atılan jurnalistlərin sayında rekord göstərici qeydə alınır. 2016-2017-ci illərdə də eyni mənzərə idi. Dünyada həbsdə olan jurnalistlərdən yarıdan çoxu isə Türkiyə, Çin və Misirdə dəmir barmaqlıqlar arasındadır.

Yer üzündə həbs olunmuş jurnalistlərin əksəriyyətinə – 70 faizinə dövlətə qarşı ittihamlar irəli sürülüb. Onlar hakimiyyətin terrorçu kimi tanıdığı qruplara üzvlükdə, yaxud onlara yardımda suçlanır.

Dünyada saxta xəbər ittihamıyla həbs olunanların sayı 28-ə çatıb, iki il öncə bu rəqəm doqquz idi.

Saxta xəbər ittihamıyla Misirdə 19, Kamerunda dörd, Ruandada 3, Çin və Misirin hərəsində bir jurnalist həbsdədir. Bu artım həm də dünyada “saxta xəbər” ritorikasının yayıldığı bir dönəmə düşür. ABŞ Prezidenti Donald Tramp bu sahədə aparıcı mövqedədir.

Çində 47 jurnalist həbsdədir, bu da daha çox Sincan regionunda uyğur etnik azlığına qarşı təqib dalğası ilə əlaqədardır. Çində azı 10 jurnalist ittihamsız saxlanıb, onların hamısı Sincandadır. BMT Pekinin bu regionda kütləvi nəzarətdə, 1 milyona yaxın adamı məhkəməsiz saxlamaqda suçlayır.

CPJ qeyd edir ki, Vyetnam və Azərbaycanda da həbsdə olan jurnalistlərin sayı ikirəqəmlidir, birində 11, digərində 10 jurnalist həbsdədir. Ancaq Özbəkistana CPJ son 20 ildə ilk dəfə olaraq həbsdə jurnalistin olmadığını vurğulayır.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti ölkədə heç bir jurnalistin peşəsinə görə həbs olunmadığını, ifadə, mətbuat azadlığının tam təmin olunduğunu bildirir.(Azadlıq radiosu)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar