Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan ali təhsillə əhatə dairəsinə görə Ermənistan və Gürcüstandan iki dəfə geri qalır”

Dünya Bankı ekspertlərinin Azərbaycanda ali təhsillə bağlı tədqiqatının nəticələri açıqlanıb

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev təqdiqatın nəticələrini şərh edib. Ekspert bildirib ki, sənəddə iki ciddi fakt diqqətini çəkib:

Azərbaycanda Bakı da daxil olmaqla şəhər ərazilərində yaşayan zəngin 20% əhalinin 40%-nin, əsasən kəndlərdə məskunlaşan ən yoxsul 20% əhalinin isə 11%-nin ali təhsil almaq imkanı var. Ali təhsilə əlçatanlıqda ən zənginlərlə ən yoxsullar, kəndlə şəhər arasında fərq 4 dəfəyə yaxındır.

Bir müddət öncə Dünya Bankının səhiyyə ilə də bağlı araşdırmasının nəticələrini paylaşmışdım. Həmin tədqiqatda isə göstərilirdi ki, Azərbaycanda ən zəngin 10% əhali ən yoxsul 10%-lə müqayisədə sağlamlıqlarına 8 dəfə artıq vəsait xərcləyir”.

Rövşən Ağayev vurğulayıb ki, bu 2 fakt ölkədə həm yoxsulluğun gerçək miqyasının, həm də qeyri-bərabərlik əmsalının (Gini) ölçülməsi ilə bağlı rəsmi strukturlar öz fəaliyyətlərinə ciddi korektələr etməlidirlər:

“Nəticəli, gələcəyə ünvanlanan və keyfiyyətli sosial-iqtisadi siyasət ölçmənin və diaqnostikanın düzgün qurulmasından başlayır. Məşhur misalda deyildiyi kimi, getdiyin yol yanlışdısa, hansı sürətlə getməyinin (bizim misalda hansı miqdarda pul xərcləməyinin) əhəmiyyəti yoxdur. Hərçənd ki, bençmarkinq göstəriclərlə müqayisə edəndə, elə böyük pul da xərclənmir…

İkinici diqqətçəkən məqam odur ki, Azərbaycanda ali təhsillə ümumi əhatə əmsalı 23% olmaqla Cənubi Qafqazın hər 2 ölkəsindən təxminən 2 dəfə geri qalır. Dünya Bankı sıradan bir təsisat deyil, faktlarının mötəbərliyi şübhə altına alına bilməz”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar