Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda AES tikilə bilər

Rusiyanın “Rosatom” dövlət korporasiyası Azərbaycan prezidenti İlham Əliyevə ölkədə Atom Elektrik Stansiyasının tikintisi də daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif edib

Bu haqda Virtualaz.org məlumat yayıb. “Sputnik”ə istinad edən sayt bildirir ki, bu haqda “Rosatom”dakı mənbə açıqlayıb. “Azərbaycanda nüvə sənayesi var, amma atom elektrik stansiyası yoxdur. “Rosatom” təklif verib. Azərbaycan tərəfi düşünür. İki seçim təklif etmişik. Birincisi dərhal AES inşaatına başlamağı nəzərdə tutur. SSRİ dövründə AES tikintisi üçün ərazi də seçilmişdi, bu səbəbdən həmin ərazidə birbaşa inşaat işlərinə başlanıla bilər”-mənbə deyib.

İkinci variant isə Rusiya ilə Azərbaycan arasında nüvə enerjisi sahəsində əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Mənbənin bildirdiyinə görə bu variantda AES-in tikintisi 5-6 il sonra başlaya bilər.

Mümkün AES layihəsinin maliyyələşdirilməsi məsələsi barədə danışan mənbə qeyd edib ki, Bakının Rusiyadan kredit istəyəcəyini düşünmür. “Azərbaycan tərəfinin layihəni öz maliyyə qaynaqları ilə həyata keçirəcəyini təxmin edirəm”-mənbə deyib.

Qeyd edək ki, Azərbaycanda son illər nüvə enerjisindən dinc məqsədlə istifadə sahəsində müəyyən addımlar atılıb. 2014-cü ildə prezident İlham Əliyev Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin tərkibində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradıb.

AES tikintisi milyardlarla dollar investisiya tələb edən işdir və sovet dövründə Azərbaycanda bu layihəni həyata keçirmək üçün müəyyən hazırlıqlar görülüb.

"Rosatom" İranda Buşəhr AES-in tikintisini həyata keçirib, Türkiyədə isə Akkuyu AES-in tikintisi üçün müqavilə bağlayıb.

pia.az


Etiket: AES

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar