"İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və qəti şəkildə dəstəkləyir"
Bunu jurnalistlərlə görüşü zamanı İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fənani bildirib.
"Bu məsələdə haqq-ədalət təcavüzə üstün gələcək. Qarabağ və Ermənistanın işğal etdiyi yeddi rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur. Artıq bu işğala son qoyulmalıdır”, - deyə o vurğulayıb.
İndoneziyanın Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu deyən səfir bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini diqqətə çatdırıb.(report.az)
pia.az