Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merkel Meyə kömək etmədi

Biabırçı məğlubiyyətdən qaçmaq üçün “Brexit” sazişi üzrə 11 dekabra təyin olunan parlament səsverməsini təxirə saldıqdan sonra Almaniya kansleri Angela Merkellə görüşərək sazişin bəzi müddəalarının yenidən müzakirəsini xahiş edən Böyük Britaniyanın baş naziri Tereza Mey rədd cavabı alıb

Azvision.az xəbər verir ki, Bundestaqda çıxışı zamanı deputatların suallarının cavablandıran Merkel Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasının şərtlərini müəyyənləşdirən və artıq Londonla Brüssel arasında razılaşdırılan “Brexit” sazişinə dəyişikliklər edilməyəcəyini bəyan edib.

“Sabah biz “Brexit” mövzusunu müzakirə edəcəyik və baş nazir Tereza Meyin hesabatını dinləyəcəyik. Biz sazişi yenidən dəyişməyə hazırlaşmırıq. Bu, Aİ-nın 27 üzv ölkəsinin vahid mövqeyidir. Almaniya Birləşmiş Krallığın Aİ-dan nizamlı şəkildə (sazişlə) ayrılmasının tərəfdarıdır” - Merkel vurğulayıb.

Qeyd edək ki, 13-14 dekabrda Brüsseldə keçiriləcək Aİ liderlərinin növbəti sammitində “Brexit” məsələsi də müzakirə ediləcək.

Onu da xatırladaq ki, Avropa İttifaqının 25 noyabrda keçirilən fövqəladə sammitində üzv dövlətlər Britaniyanın İttifaqdan ayrılmasına dair Londonla əldə olunmuş “Brexit” sazişini və Aİ-Böyük Britaniya münasibətlərinin gələcəyinə dair siyasi bəyannaməni qəbul ediblər. Lakin sənədlər Avropa Parlamenti və Britaniya parlamentində təsdiqlənməlidir. Lakin "Brexit" sazişinin bəzi müddəalarına etiraz edən britaniyalı deputatlar sənədi ratifikasiya etməyəcəklrini və baş nazirə etimadsızlıqla bağlı səsvermə keçirəcəklərini bildiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar