Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emeri: ""Arsenal" "Qarabağ"a qarşı ikinci heyətlə oynayacaq"

"Biz sabah “Qarabağ”la oynayacağımız matçda qələbə qazanacağımıza inanırıq"

Bunu İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda evdə qarşılaşacaqları "Qarabağ"la matçdan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis sözügedən qarşılaşmada gənclərə də şans verəcəyini vurğulayıb: “Biz özlərinə əminlik və üzərlərində məsuliyyət hiss edən futbolçulara şans verəcəyik. Ancaq o, şərtlə ki onlar güclü performans göstərsinlər. Bizim ilkin məqsədimiz qrupun qalibi olmaq idi, buna da nail olduq. Lakin biz "Qarabağ"a hörmətlə yanaşırıq. Biz bir sıra fərqli oyunçulara, o cümlədən 23 yaşadək futbolçularla meydana çıxacağıq. Eyni zamanda onların arasında Loran Koselni də olacaq.

Onun fiziki formasını görmədən müdafiəçinin bazar günü "Sautqempton"la Premyer Liqa matçını oynayacağına qərar verməyəcəyik".

Emeri Məsut Özilin kürəyindəki zədəni hələ də bərpa edə bilməməsini kompüter oyunu ilə əlaqədar olduğuna dair iddialara belə reaksiya verib. "Bu barədə heç nə bilmirəm. Sabah o, 18 nəfərlik heyətdə yer alacaq. Özilin ilk "11-lik"də, yoxsa sonra meydana daxil olacağına qərar verəcəyik".

Qeyd edək ki, matç dekabrın 13-ü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. (report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar