Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağlanan bankların əmlakları satılıb

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci ilin avqust-noyabr aylarında keçirilən hərraclarda ləğv prosesində olan bankların əmlaklarının satıldığını bildirib

Fonddan Oxu.Az-a verilən xəbərə görə, QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” ASC, “AtraBank” ASC, “Dekabank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlaklar satılıb.

Sadalanan ləğv prosesində olan banklara məxsus doqquz lot üzrə daşınmaz əmlak və 51 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkassator maşınları, mebel, kompüter və elektrik avadanlıqları satılıb.

Ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan üç ədəd daşınmaz əmlak və 13 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı üç ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Dəmirbank” ASC-nin balasında olan bir ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı bor ədəd daşınmaz əmlak və səkkiz lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı bir ədəd daşınmaz əmlak və bir lot üzrə daşınar əmlak satılıb.

Bundan başqa, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı daşınar əmlak üç lot, ləğv prosesində olan “Dekabank” ASC-nin balansındakı daşınar əmlak bir lot, “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınar əmlak bir lot, “Royalbank” ASC-nin balansındakı daşınar əmlak bir lot və “Zaminbank” ASC-nin balansındakı daşınar əmlak bir lot üzrə satılıb.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar