Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanlı səfirin diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycan Respublikasındakı səfiri Sanjay Rananı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

XİN-dən verilən xəbərə görə, iki ölkə arasında münasibətlərin inkişafından, o cümlədən davamlı siyasi dialoqun mövcudluğundan məmnunluğunu bildirən səfir son dövrlər Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artımın müşahidə olunmasını təqdirəlayiq bir hal kimi qiymətləndirdi.

Görüş zamanı tərəflər mövcud bağlılıq layihələri, Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, gömrük sadələşdirmələri və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdilər. Hindistanın bağlılıq layihələrində maraqlı olduğunu qeyd edən səfir, bu nəqliyyat şəbəkələrinin ölkəsini geniş qonşuluqla birləşdirən körpü rolunda çıxış etdiyini bildirdi.

Tərəflər hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğuladılar. Səfir Sanjay Rana diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə etdi. Nazir Elmar Məmmədyarov səfir Sanjay Ranaya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

pia.az


Etiket: Sanjay Rana

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar