Türkiyə 2-3 gün ərzində Suriyanın şimalında, Menbiç bölgəsində PKK-nın Suriya qanadı və PYD/YPG-yə qarşı yeni hərbi əməliyyatlara başlayacaq
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Trend-in məlumatına görə, dövlət başçısı qeyd edib ki, Suriyadakı terrorçuların arasında amerikalı əsgərlər də var: "ABŞ Türkiyəyə PKK-nın Suriya qanadı və PYD/YPG-ni dəstəkləməyəcəyinə söz versə də, rəsmi Vaşinqton vədinə xilaf çıxdı".
pia.az